Azərbaycan Diplomatik Akademiyasında kitab mərkəzinin açılışı və bu münasibətlə I Beynəlxalq mədəniyyət festivalı keçirilmişdir

Aprelin 22-də Azərbaycan Diplomatik Akademiyasında (ADA) kitab mərkəzinin açılışı və bu münasibətlə I Beynəlxalq mədəniyyət festivali keçirilmişdir.
Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, digər rəsmi şəxslər iştirak etmişlər.
Mərasimin iştirakçıları əvvəlcə Beynəlxalq mədəniyyət festivalında iştirak edən 17 dövlətin stendi ilə tanış olmuşlar. Stendlərdə hər ölkənin tarixi və mədəniyyətini əks etdirən kitablar, jurnallar, broşürlər, fotoşəkillər, müxtəlif geyim və bəzək əşyaları, şirniyyat məmulatları nümayiş etdirilmişdir.
Qonaqlar mərkəzin kitab fondu ilə də tanış olmuşlar.
Mərasimdə ADA-nın rektoru Hafiz Paşayev çıxış edərək bildirmişdir ki, mərkəz hər zaman yenilikçi ideyalar irəli sürən Diplomatik Akademiyanın növbəti uğurlu layihəsidir. Rektor demişdir ki, mərkəz ilk mərhələdə diplomatlar üçün nəzərdə tutulurdusa, indi bu zəngin kitab fondundan hər kəs istifadə edə bilər. Bundan əlavə, mərkəzdə müxtəlif mədəni tədbirlərin keçirilməsi də nəzərdə tutulur.
Dünya üzrə ən son nəşrlərin mərkəzə gətiriləcəyini vurğulayan rektor, həmçinin qeyd etmişdir ki, ənənəvi olaraq keçiriləcək Beynəlxalq mədəniyyət festivalı xalq diplomatiyasının bir hissəsidir.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev zəngin kitab fonduna malik mərkəzin təkcə ADA-nın tələbələrinə deyil, bütün kitabsevərlərə əvəzsiz töhfə olduğunu bildirmişdir. Nazir, həmçinin I Beynəlxalq mədəniyyət festivalının əhəmiyyəti haqqında danışmışdır.
ABŞ-ın ölkəmizdəki səfiri Mətyu Brayzə mərkəzdə yaradılmış şəraitin yüksək səviyyədə olduğunu qeyd etmişdir. M.Brayzə demişdir: "Bu kitabların rəngarəngliyi içərisində mən özümü Vaşinqtonda hiss etdim".
Tədbir ayrı-ayrı ölkələrin milli rəqs qruplarının ifalarından ibarət konsert proqramı ilə davam etmişdir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında