ÜNS Yaradıcılıq Səhnəsi Teatrının beş illik yubileyi ilə bağlı "Buta" sarayında təntənəli mərasim keçirilmişdir

Aprelin 22-də ÜNS Yaradıcılıq Səhnəsi Teatrının beş illik yubileyi ilə bağlı "Buta" sarayında təntənəli mərasim keçirilmişdir.
Yubiley mərasimində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva, dövlət və hökumət nümayəndələri, ictimai xadimlər, Milli Məclisin deputatları iştirak etmişlər.
Mərasimdə teatrın fəaliyyətindən bəhs edən videofilm nümayiş olunmuşdur.
Tədbirdə çıxış edən Rusiyanın ölkəmizdəki səfiri Vladimir Doroxin Prezident Dmitri Medvedevin 2011-ci il 20 aprel tarixli Fərmanı ilə teatrın rəhbəri, Lomonosov adına Moskva Dövlət Universiteti Bakı filialının rektoru, professor Nərgiz Paşayevanın Rusiya-Azərbaycan əlaqələrinə verdiyi töhfəyə görə "Dostluq" ordeni ilə təltif olunduğunu bildirmişdir. Səfir fərmanın mətnini oxumuşdur.
Görkəmli qazax şairi, alim və ictimai-siyasi xadim Oljas Süleymenov Azərbaycanda mədəniyyətin inkişafından danışmışdır. O.Süleymenov Mehriban xanım Əliyevanın aprelin 18-20-də Parisdə keçirilən Azərbaycan mədəniyyəti günlərində iştirakı zamanı etdiyi çıxışı yüksək qiymətləndirmişdir.
Sonra O.Süleymenov YUNESKO-nun "Mədəniyyətlərin müxtəlifliyinə görə" medalını Nərgiz Paşayevaya təqdim etmişdir.
Tədbirdə digər çıxış edən dünya şöhrətli mədəniyyət xadimləri "ÜNS"-ün Azərbaycan mədəniyyətindəki yerindən danışmış, teatrın yaradılmasını böyük hadisə adlandırmışlar.
Professor Nərgiz Paşayeva ötən beş il ərzində teatra diqqətini və məhəbbətini əsirgəməyən Azərbaycan tamaşaçısına minnətdarlıq etmişdir.
Yubiley gecəsi bir-birindən maraqlı çıxışlarla zəngin olmuşdur.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında