Azərbaycan nümayəndə heyəti "XXI əsr - Muzey idarəçiliyi" konfransında

Konfrans aprel ayının 22-dən 24-dək Minskdə keçirilmişdir. Azərbaycan nümayəndə heyətinə Mədəniyyət və Turizm Nazirliyinina mədəniyyət siyasəti şöbəsinin muzey işi sektorunun əməkdaşı Mehin Vahabova, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru Röya Tağıyeva, İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi, Azərbaycan Dövlət İncəsənət Muzeyinin innovasiyalar şöbəsinin müdiri Əminə Məlikova daxil idilər. Bu məlumatı Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti yaymışdır.
Bu beynəlxalq miqyaslı tədbir YUNESKO və BHƏF-in (Beynəlxalq Humanitar Əməkdaşlıq Fondu) dəstəyi ilə MDB ölkələri arasında muzey işinin inkişafı sahəsində əməkdaşlıq çərçivəsində keçirilirdi. Konfransda qeyd olunmuşdur ki, bu konfransın keçirilməsində məqsəd MDB məkanında muzey işinin inkişaf perspektivləri və aktual problemlərini müzakirə etmək, gələcəkdə muzey mütəxəssisləri arasında partnyorluq və beynəlxalq muzeylərlə əməkdaşlıq proqramının gerçəkləşməsindən ibarətdir.
Azərbaycan nümayəndə heyətinin təmsilçiləri Azərbaycanda muzey işinin səmərəli və müvəffəqiyyətli inkişafından, bu işdə yeni texnologiyaların və innovasiyaların tətbiqindən bəhs edən məruzə və mülahizələrlə çıxış etmiş, müxtəlif məsələlər üzrə müzakirələrdə fəal iştirak etmiş, muzey mütəxəssislərinin peşəkarlığının artırılması üçün treyninqlərin keçirilməsinin vacibliyini, MDB ölkələri muzey nümayəndələrinin birgə əməkdaşlıq proqramının əhəmiyyətini vurğulamışlar.

{nl}

M. MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında