Novruz: ilkin qaynaqları və tarixi inkişafı

Novruz Azərbaycan xalqının  zəngin maddi və mənəvi dəyərlərinin  mühüm bir hissəsini özündə ehtiva edən  böyük mədəniyyət hadisəsidir. Novruzun tərkibi quruluşca mürəkkəb, məzmunca dərin və geniş əhatəlidir. Müasir dövrümüz üçün bu bir milli bayramdır. Bu bayrama tarixi inkişaf boyunca baxdığımız zaman onun qədim mədəni  köklərə və mənəvi qaynaqlara bağlı olduğunu görürük. Keçmişdə olduğu kimi, bu gün də  Azərbaycanda, digər türk dövlətlərində və bir çox qonşu ölkələrdə  Novruz Bahar bayramı kimi qeyd olunmaqdadır.

{nl}

Novruzun əsasında əski xalq mərasimləri dayanır. Dünya xalqlarının bir çox mərasimləri də belədir. Onlardan bəzilərinə sonralar dini mahiyyət qazandırılır və beləliklə də əski mərasim mədəniyyəti ilə dini adətlər birləşdirilmiş olur.  Yəni zaman keçdikcə insanlar imtina edə bilmədikləri ibtidai dönəmin ənənələrini  yeni dövrə uyğunlaşdırıb dini bayramlar olaraq qəbul etmişlər. Novruzun da rəsmi bayram kimi keçirildiyi  qədim və orta əsrlərdə o, dini əfsanələrlə əlaqələndirilmiş və ona dini bir mahiyyət qazandırmağa cəhd göstərilmişdir.

{nl}

 Novruz” – hərfi mənada yeni gün  deməkdir. Amma, ifadə etdiyi mərasim semantikasına görə keçidin bitməsi  və yeni nizamın başlanğıcıdır. Novruza Bozqurd, Çağan, Ergenekon, Nevruz, Sultan Nevruz, Mart Doqquzu, Novruz və s. də deyilmişdir. “Novruzanlayışı bəzi deyiliş fərqlərilə bir çox türk xalqlarının dillərində işlənməkdədir.

{nl}

 Novruz haqqında məlumatlara Biruni Əbu Reyhanın  Asarul Baqiye” (Pamyatniki minuvşix pokoleniy), Kaşğarlı MahmudunDivanü Lugat-it Türk”, Balasaqunlu Yusif Has HacibinKutadqu biliq”, Ömər XəyyamınNovruznamə”, NizamülmülkünSiyasətnamə”, Nizami Gəncəvinin  “İsgəndərnamə” və b. əsərlərində rast gəlirik.

{nl}

Biruninin müasiri olan mütəfəkkirlər Mahmud Kaşğarlı və Ömər Xəyyam  Novruz haqqında müəyyən məlumatlar vermişlər. Onların əsərlərində təkcə bu bayramın təbiətlə və onun qanunauyğunluqları ilə əlaqəsindən deyil, həm də onunla bağlı mərasimlər, sınamalar və rituallar haqqında bəhs edilir. Məsələn, Biruni belə bir sınama haqqında məlumat verir: “Əgər Novruzun ilk günü gün doğan vaxt hələ heç bir söz demədən üç qaşıq bal  yesən və üç parça mum yandırsan bütün xəstəliklərdən xilas olarsan. Digər bir sınama isə belədir: “Hər kim səhər ibadətdən öncə bir az şəkər yesə və özünü zeytun yağı ilə yağlasa bütün il ərzində ona heç bir xəstəlik dəyməz”.

{nl}

Qədim dövrlərdə   Novruz təkcə xalq bayramı kimi deyil, eyni zamanda, dövlət bayramı kimi qeyd olunmuşdur.   Tarixi məlumatlara görə,  Novruz bayramı bir ay davam edirdi.

{nl}

Biruninin əsərindən, Ömər XəyyamınNovruznamə”sindən  aldığımız məlumatlara görə, Novruzda yerə su səpərmişlər, yaxınlara hədiyyə verərmişlər, yelləncəkdə yellənərmişlər, şirniyyat paylayarmışlar, yeddi illik məhsulu müəyyənləşdirərmişlər, ritual yuyunması, çimməsi və digər mərasimlər icra edilərmiş. Novruz günündə süfrəyə buğda, arpa, darı, qarğıdalı, noxud, mərcimək, düyü, küncüt və ya lobya unundan hazırlanmış çeşidli çörəklər düzərmişlər. Süfrənin ortasına  yeddi  cür ağacın (söyüd, zeytun, heyva, nar və s.) zoğunu, yeddi ağ piyalə, ağ dirhəm və ya yeni dinar  qoyarmışlar.

{nl}

Novruz bayramı şənliklərində kütləvi gəzintilər, xalq oyunları, yarışlar, rəqs və nəğmələr oxunması,  məzhəkəçilərin  və kəndirbazların çıxışları olurdu.  Novruz bayramında müharibələr və qarşılıqlı çəkişmələr dayandırılır, sülh müqavilələri bağlanır,  hətta dəfn belə növbəti günlərə təxirə salınırdı. Bu bayram o qədər şad və şən bir bayram olmuşdur ki, o günlərdə təkcə təmtəraqlı təntənələr deyil, eyni zamanda, xəstələrə  müstəsna diqqət və qayğı göstərilmiş, qohum © İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında