Lüdviq Nobelin varisləri Azərbaycan haqqında çoxsaylı tarixi sənədləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə təqdim ediblər

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanda səfərdə olan məşhur ixtiraçı, sahibkar və mesenat Lüdviq Nobelin kötücələrini qəbul edib.
Görüşdə Peter Oleinikoff, Anna Oleinikoff, Nils Oleinikoff, İren Oleinikoff, Filip Nobel, eləcə də Bakı Nobel İrsi Fondunun prezidenti Toğrul Bağırov iştirak edib. Nobel ailəsinin nümayəndələri Əbülfəs Qarayevə Azərbaycanla bağlı çoxsaylı tarixi materiallar və fotoşəkillər təqdim ediblər.
Ə. Qarayev Lüdviq Nobelin kiçik qardaşı Alfred Nobelin adına təsis olunmuş mükafatın dünyada ən şərəfli mükafat olduğunu söyləyib: "Nobel mükafatına layiq görülmüş insanlar demək olar ki, bəşəriyyətin qaymaqlarıdır. Bu ailənin son illər Azərbaycanla əlaqələrinin bərpa olunması böyük əhəmiyyət kəsb edir. Azərbaycanda Bakı Nobel İrsi Fondu təsis olunub. Bu fond vasitəsilə onların tikdikləri və yaşadıqları ev - "Villa petrole" tapıldı, bərpa olundu, hazırda ora muzeydir və qəbullar, tədbirlər üçün fəaliyyət göstərir. Orada bu ailəyə məxsus çoxsaylı tarixi əşyalar nümayiş olunur".
Nazir qonaqların Azərbaycan muzey şəbəkəsi üçün qiymətli tarixi sənədlər təqdim etdiklərini bildirib: "Bu sənədlər bir əsrdən artıqdır ki, saxlanılır. Təqdim olunan sənədlər arasında Bakının bizim arxivlərimizdə mövcud olmayan şəkilləri, neft sənayesinin inkişafı ilə bağlı materiallar mövcuddur".
Bu hadisəni Azərbaycan üçün böyük töhfə adlandıran Ə. Qarayev bununla əlaqədar işçi qrup yaradılacağını deyib. Onun sözlərinə görə, qrupda alimlər və tarixçilər sənədlərə birgə baxaraq təhlilil aparacaqlar. Müəyyən bir vaxtdan sonra isə bu tarixi sənədlər ictimaiyyətə təqdim ediləcək.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında