Bakıda XIII Beynəlxalq müəllif mahnısı və poeziyası festivalı keçirilib

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Aleksandr Qorodnitskinin 85 illik yubileyinə həsr olunmuş XIII Beynəlxalq müəllif mahnısı və poeziyası festivalı keçirilib.  
 
AZƏRTAC xəbər verir ki, festivalın fəxri qonağı, tanınmış bakılı, TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman Aleksandr Qorodnitskini yubiley münasibətilə təbrik etmək üçün xüsusi olaraq Bakıya gəlib. O, festivalın qonaqlarını salamlayaraq qeyd edib ki, Azərbaycanın paytaxtı bütün zamanlarda beynəlmiləl və qonaqpərvər şəhər olub. Mixail Qusman vurğulayıb ki, Aleksandr Qorodnitski bu şəhərə bir neçə şeir həsr edib.     
Yubilyar tamaşaçıların alqış sədaları altında bir neçə kompozisiya ifa edib. Onların sırasında Mixail Qusmana həsr olunmuş şeirə hazırlanmış kompozisiya da maraqla qarşılanıb. 
Gecədə Sahib Məmmədov, Ülviyyə Axundova, Samir Rəcəbov, Səidə Sübhi, Vəfa Məmmədova, Elxan Çələbiyev, Eldar Əsədov, Rusiya və Gürcüstandan gəlmiş qonaqlar Nataliya Kapranova, Sergey Oleynik, Dmitri Kurilov, İneş Bure, İrina Paroşina və digərləri də tamaşaçıları öz şeir və mahnıları ilə sevindiriblər.   

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında