“Zərdabi Mətbuat Mərkəzi” İctimai Birliyi Tərtərdə dəyirmi masa keçirib

“Zərdabi Mətbuat Mərkəzi”  İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə gerçəkləşdirdiyi “Mediada vətənpərvərliyin təbliği ilə bağlı ictimai müzakirələrin təşkili”  layihəsi çərçivəsində ikinci “dəyirmi masa” Tərtər rayonunda keçirilib. Rayonun Heydər Əliyev Mərkəzində təşkil olunmuş müzakirədə dövlət və ictimai qurumların təmsilçiləri, Qarabağ müharibəsi iştirakçıları, media nümayəndələri iştirak ediblər.

Toplantını Tərtər Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elvin Umudov açıb. O bildirib ki, belə aktual tədbirin Tərtər kimi cəbhəyanı bölgədə keçirilməsi önəmlidir.

“Zərdabi Mətbuat Mərkəzi” İctimai Birliyinin sədri, Əməkdar jurnalist Rəhim Hüseynzadə layihə barədə iştirakçıları məlumatlandırıb. O, may--avqust aylarını əhatə edən layihənin gerçəkləşdirilməsində məqsədin ictimaiyyətə, xüsusilə gənc nəslə öz qəhrəmanlarının  daha yaxından tanıdılması üçün medianın bu mövzunu operativ və yüksək peşəkarlıqla işıqlandırmasına yardım göstərməkdən ibarət olduğunu bildirib. Təşkilatın məsələ ilə əlaqədar bölgə mətbuatının monitorinqini apardığını deyən natiq qeyd edib ki, “Yeni Tərtər” qəzeti və onun elektron versiyası “yeniterter.com” saytının mövzu ilə bağlı yazıları diqqətçəkəndir.

Layihənin eksperti, “Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyinin sədri Seymur Verdizadə, şair-publisist, “Yeni Tərtər” qəzetinin baş redaktoru Tofiq Yusifov, Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin direktor müavini Həcər Xeyri və digər çıxış edənlər müzakirə olunan məsələ ilə bağlı mülahizələrini bölüşüblər.

R.TAHİR,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında