Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Rumıniyanın mədəniyyət nazirinin müavini İrina Calal Marin ilə görüşmüşdür

Aprelin 8-də "Gülüstan" sarayında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən Rumıniyanın mədəniyyət nazirinin müavini İrina Calal Marin ilə görüşmüşdür.
İrina Calal Marini Azərbaycanda salamlayan Mehriban xanım Əliyeva Bakı Forumunun mədəniyyətlərarası dialoqun inkişafına müsbət təsir göstərəcəyinə əminliyini bildirmişdir.
Heydər Əliyev Fondunun prezidenti Azərbaycan-Rumıniya əlaqələrindən danışmış, Rumıniyada Heydər Əliyev Fondunun nümayəndəliyinin fəaliyyət göstərdiyini bildirmişdir.
Azərbaycanın birinci xanımının Rumıniyaya səfərini xatırladan İrina Calal Marin fondun Rumıniya nümayəndəliyinin fəaliyyətini yüksək qiymətləndirmişdir.
Qonaq nümayəndəlik tərəfindən Rumıniyadakı kolleclərdən birinin kompyuter və digər avadanlıqla təchiz edildiyini ölkələrimiz arasında olan sıx əməkdaşlığın nümunəsi olduğunu demişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında