“Əl-Cəridə” “ Expo 2025”-dən yazdı

Küveytdə ərəb dilində gündəlik  nəşr edilən və böyük oxucu kütləsinə malik  “Əl-Cəridə” qəzetində səfir Elxan Qəhrəmanın “Ümumdünya “Expo 2025” sərgisinə ev sahibliyi etmək üçün Bakı şəhərinin namizədliyi irəli sürülmüşdür” sərlövhəli müsahibəsi dərc olunmuşdur. Bu barədə məlumatı Azərbaycanın Küveytdəki səfirliyi verib.

Müsahibədə, ölkəmizin 2025-ci ildə Beynəlxalq Sərgilər Bürosunun (BSB) Ümumdünya “Expo 2025” sərgisinə ev sahibliyi etmək üçün Bakı şəhərinin namizdəliyinin 2017-ci il  mayın  22-də BSB katibliyinə “İnsan kapitalını inkişaf etdirərək, daha yaxşı gələcək quraq” mövzusunda təqdim edildiyi, bu prosesdə Bakının Yaponiyanın (Osaka) və Rusiyanın (Yekaterinburq) şəhərləri ilə mübarizə apardığı  qeyd olunmuşdur. Məqalədə  “Expo 2025” sərgisinə ev sahibliyi edəcək qalib şəhərin 2018-ci ilin noyabr ayında BSB-nin 164-cü sessiyası zamanı Parisdə keçiriləcək məxfi səsvermə zamanı müəyyən olunacaqdır.

Həmçinin müsahibədə, “Expo 2025 Bakı” layihəsinin dövlətlə yanaşı, geniş ictimaiyyət tərəfindən də dəstəkləndiyi, açıq və tolerant mühiti ilə seçilən Bakı şəhərinin bu tədbirin  keçirməyə tam hazır olduğu diqqətə çatdırılmışdır.

Ülviyyə VAHİDQIZI,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında