Dünya mətbuatı Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundan yazır

Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyindən verilən məlumata görə, Bakıda keçiriləcək forumla bağlı "Əl-İttihad" qəzetinin 4 aprel sayında geniş məqalə dərc olunub. Məqalədə bildirilir ki, "Müasir dünyada mədəniyyətlərin müxtəlifliyi və dialoq fəlsəfəsi" başlığı altında keçiriləcək forumda bir neçə ölkənin dövlət başçısı, ayrı-ayrı ölkələrdən nazirlər və yüksək çinli dövlət rəsmiləri, o cümlədən, Avropa, Asiya və Afrikadan tanınmış mütəfəkkir, filosof, elm, mədəniyyət, incəsənət və din xadimləri, eləcə də siyasətçiləri iştirak edirlər.
"Forumun birinci sessiyasının proqramına "dünyanın bölünməməsi", yaxud da "sivilizasiyaların dialoquna sərhəd yoxdur" mövzulu əsas toplantı, eləcə də, "müasir dünyada dialoq fəlsəfəsinin idrakına dair" və "mədəniyyətlər və qloballaşmanın müxtəlifliyi: standart fikirlərdən azad olmaq üçün dialoq səyləri" mövzusunda iki dəyirmi masa, həmçinin, Avropa və Asiya qitələri fəlsəfə institutları birliyinin direktorlarının xüsusi toplantısının keçirilməsi daxildir.
Mədəniyyət, təsviri incəsənət və irslə bağlı toplantı Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə Avropa Şurasının, dinlərarası dialoqla bağlı toplantı isə Avropa Şurasının Şimal - Cənub Mərkəzinin patronajlığı altında keçirilir.
BMT nəzdində fəaliyyət göstərən "Sivilizasiyaların birliyi" qurumu tərəfindən "Müasir medianın mədəniyyətlər arasında dialoqun yayılması işində rolu" və "Mədəniyyətlərarası dialoqun müasir inkişaf prosesində rolu" mövzularını əhatə edəcək toplantı keçiriləcək, həmçinin, YUNESKO tərəfindən isə "Qadınların mədəniyyətlərarası dialoqda rolu" başlıqlı toplantı təşkil olunacaqdır.
Tədbir çərçivəsində Avropa Şurası, BMT yanında "Sivilizasiyaların bloku" ofisi, YUNESKO, Avropa Şurası Şimal - Cənub Mərkəzinin nümayəndələri ilə Azərbaycan tərəfi arasında mədəniyyətlərin yayılması ilə bağlı tərəflərin plan və layihələri, eləcə də, təşəbbüslərini əks etdirəcək toplantının keçirilməsi barədə məlumat verilir.
Həmçinin, "Sivilizasiyalar birliyi" İKT Gənclər Forumu və Azərbaycan Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə "Gənclər sivilizasiyaların birliyi uğrunda" adlı beynəlxalq hərəkatın təsis edilməsi kimi bəzi konkret tədbirlərin görülməsi də planlaşdırılır".
Məqalədə vurğulanır ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva 2007-ci ildə mədəniyyətlər arasında mövcud olan və həll edilməyən problemlərin aradan qaldırılması məqsədilə beynəlxalq münasibətlər sistemindəki böyük əhəmiyyətə malik məsələlərə, eləcə də, mədəniyyətlər və sivilizasiyalar arasındakı əlaqə ilə bağlı mövcud məsələlərə diqqətin ayrılması üçün bu hərəkatın təsis edilməsi ilə bağlı təklif irəli sürmüşdü.

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında