Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Heydər Əliyev Sarayında "Küləyin nağılları" adlı konsert olmuşdur

Bakıda keçirilən Ümumdünya Mədəniyyətlər arası Dialoq Forumunun iştirakçıları aprelin 7-də Heydər Əliyev Sarayında "Küləyin nağılları" adlı konsert proqramına tamaşa etmişlər. 
"Mədəniyyət paytaxtlarının dialoqu" layihəsi çərçivəsində təşkil olunan konsertin ideya müəllifləri Azərbaycanın və Litvanın mədəniyyət xadimləridir. Konsertdə hər iki ölkənin incəsənət ustaları müxtəlif xalqların milli rəqslərini məharətlə ifa etmişlər.
Konsertin "Dünya yaranır" adlanan birinci hissəsində folklor elementləri ilə uzlaşan müasir rəqs və videokadrlar zülmətdən azadlığa çıxan, ağ və təmiz səmaya qalxan küləyin qaranlıqdan, oddan, sudan, havadan və torpaqdan həyatı yaratması təsvir olunmuşdur.
"Dünya canlanır" adlı ikinci hissədə isə dünya xalqları mədəniyyətlərinin özünəməxsus xüsusiyyətlərini, adət-ənənələrini əks etdirən rəqslər ifa olunmuşdur.
Konsertin əvvəlində küləklər şəhəri doğma Bakının və onun qoynuna sığındığı mavi Xəzərin səmasına yüksələrək dünyanı dolaşan Azərbaycan küləyi "Sülhsevər dünya" adlanan üçüncü hissədə qonaqlarla birgə oxunan mahnı ilə gözəllik, məhəbbət, səmimilik, aydınlıq və sadiqliklə dolu öz vətəninə - Odlar yurduna qayıdır.
Azərbaycanın ən yaxşı rəqs qrupları - Dövlət Rəqs Ansamblının, Dövlət Akademik Opera və Balet Teatrının, Pantomima Teatrının və Bakı Xoreoqrafiya Məktəbi kollektivinin, eləcə də litvalı rəqqasların ifa etdikləri dünya xalqlarının nadir rəqs və musiqi nümunələri, həmçinin milli rəqslərimiz və Azərbaycan muğamının həzin sədaları qonaqları və bu möhtəşəm gecənin tamaşaçılarını riqqətə gətirmişdir.
Qədim Odlar Yurdunun tarixin ənginliklərindən süzülüb gələn mənəvi dəyərləri ilə dünya mədəniyyətinin qiymətli nümunələrindən olan musiqi və rəqslərin yüksək peşəkarlıqla ifa olunduğu konsert böyük maraqla qarşılanmışdır.

{nl}

AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında