Azərbaycan Andorrada keçirilən incəsənət festivalında təmsil olunacaq

Fransada yaşayan azərbaycanlı rəssam Mehri Quliyeva Fransada Azərbaycanın Dostları Assosiasiyasının dəstəyi ilə bu il Andorrada keçirilən "Planet üçün rənglər" 6-cı incəsənət festivalında Azərbaycanı təmsil edəcək. Bu barədə  “report.az”  saytı  xəbər yayıb.

Andorra incəsənət festivalı 9-21 iyul tarixlərində keçiriləcək və UNESCO-nun strateji mövzuları olan müxtəlifliyin inkişafı, sülh və mədəniyyətlərarası dialoq mövzusuna həsr ediləcək.

Müxtəlif mədəniyyətlərin kəsişməsində yerləşən Andorra Knyazlığının beş qitədən olan rəssamları bir araya gətirməkdə məqsədi sülh naminə dialoqun inkişafına töhfə verməkdir.

Andorra incəsənət festivalında iştirak edən rəssamlar, BMT-nin 2015-2030-cu illər üçün davamlı inkişaf proqramında əks olunan 17 əşyanı təsvir etməklə UNESCO-nun dəyərlərini dəstəkləyəcəklər. Bu il baş tutacaq 6-cı Andora incəsənət festivalı, həmçinin UNESCO-nun 2013-2022 illər üçün elan etdiyi mədəniyyətlərin yaxınlaşması beynəlxalq onilliyinə də öz töhfəsini verəcək.

Azərbaycanlı rəssam Mehri Quliyeva müxtəlif rəsm atelyelərində çalışıb və Fransada bir sıra rəsm sərgilərinin iştirakçısı və qalibidir.

M.MÜKƏRRƏMOĞLU,

 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında