Milli rəqslərimiz Gürcüstanda rəğbətlə qarşılanıb

Gürcüstanın Batumi və Kobuleti şəhərlərində ənənəvi “Морская гармония” adlı beynəlxalq folklor festival-müsabiqə keçirilib. Festivalda ölkəmizi Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə Binəqədi Mərkəzi Mədəniyyət evinin “Köhnə Bakı” rəqs qrupunun üzvləri təmsil edib. İdarədən SİA-ya bildirilib ki, qrupun təqdimatında milli rəqslərimiz xarici tamaşaçıların böyük marağına səbəb olub və onlarda yaddaqalan xoş təəssürat yaradıb.

Festival-müsabiqəyə Azərbaycan, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Rusiya, Ukrayna, Belarus, Latviya və İndoneziyadan 50 dən çox müxtəlif kollektivlər qatılıb. Qaliblər beynəlxalq dərəcəli, peşəkar xoreoqrflardan ibarət münsiflər heyəti tərəfindən seçilib.

İyulun 3-də keçirilən yekun qala konsertdə ölkəmizi təmsil edən “Köhnə Bakı” rəqs qrupu “Ən yaxşı milli rəqs” nominasiyasında 3-cü yerə, vokal nominasiyasında isə müğənni Əli Quliyev xüsusi medal və diploma layiq görülüblər.

Qara dəniz sahilində təşkil olunan bu festival-müsabiqə müxtəlif dünya ölkələrinin təhsil ocaqlarının folklor musiqisi və milli rəqslərini ifa edən qrup və ansambllarını bir araya gətirir. Festival ictimaiyyətin, xüsusilə də uşaqların, gənclərin milli mədəniyyət barədə anlayışını inkişaf etdirmək məqsədi daşıyır.

M.MÜKƏRRƏMOĞLU,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında