Almaniyada gənc dramaturqların teatr festivalı keçirilib

Almaniyanın Potsdam şəhərində Höte İnstitutunun təşkilatçılığı və “LIT:potsdam” ədəbiyyat festivalının dəstəyi ilə gənc dramaturqların “Next Stage Europe 2018” beynəlxalq teatr festivalı keçirilib.

Rusiya, Belarus, Ukrayna və digər ölkələrin təmsil olunduğu festivalda Azərbaycandan yazıçı Ülviyyə Heydərova iştirak edib. O, festivala “Uşaqlıq” adlı monopyesi ilə qatılıb.

Potsdamın Hans Otto Teatrında keçirilən tədbirdə Ü.Heydərova Azərbaycan teatrı, mədəniyyəti haqqında məlumat verib. Bildirib ki, Azərbaycanın müharibə şəraitində yaşamasına baxmayaraq, mədəniyyətə dövlət tərəfindən böyük dəstək göstərilir.

Festival iştirakçıları Hans Otto Teatrının yaradıcı heyətinin iş təcrübəsi ilə yaxından tanış olub, bu teatrın redaktorları Kristofer Hanf və Yonas Lüşerlə görüşüblər. Həmçinin Babelsberqdə Film və Televiziya Universitetində professor Torsten Şlyüz, Berlin İncəsənət Universitetində professor, dramaturq Paul Brodovski, Berlində Feliks Blok Erben və başqa teatr xadimləri, yazarlarla görüşüb, müasir teatr tendensiyaları və dramaturgiya barədə fikir mübadiləsi aparıblar. Bundan başqa, iştirakçılar Berlindəki Höte İnstitutunda olublar, “Deutsches Theater”də tamaşaları izləyiblər.

M.MÜKƏRRƏMOĞLU,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında