Bakı Yunus Əmrə İnstitutu ilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası əməkdaşlıq edəcək

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının kollektivi  birgə əməkdaşlıq məqsədilə “XXI əsr Gənclər Kitabxanaları- Ənənələr, innovasiyalar. Öyrənək, öyrədək” layihəsi çərçivəsində ilk dəfə 2 iyul  2018-ci il tarixdə Bakı Yunus Əmrə İnstitutunda oldular. İnstitutun direktoru, doktor Cihan Özdemir kollektivi çox səmimi qarşılayıb görüşdən məmnunluğunu bildirdi. Görüş mehriban münasibət, qarşılıqlı xoş söhbət əsasında davam etdi.

Kitabxananın direktoru Oruc Quliyev əvvəlcə kitabxana, onun tarixi, fondu, oxucuları, fəaliyyəti, keçirilən tədbirlər haqqında geniş məlumat verdi. Sonra  görüşün əsas məqsədinin birgə əməkdaşlıq etmək, müxtəlif layihələrdə, tədbirlərdə iştirak etmək, Azərbaycan və Türkiyə Gənclər Kitabxanalarının sıx əlaqələr saxlamasına, hətta ezamiyyələr vasitəsilə əyani surətdə tanışlıqlarına razılığa gəlmək olduğunu bildirdi. Oruc Quliyev doktor Cihan Özdemiri Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasına dəvət etdi.

Doktor Cihan Özdemir Azərbaycan kitabxanaları ilə tanışlığından, müasir gəncliyin kitaba, ədəbiyyata maraq dairəsindən, Azərbaycan və Türkiyə kitabxanalarının oxşar və fərqli xüsusiyyətlərindən danışdı. Təəssüflə bildirdi ki, müasir internet dövründə gənclərin kitaba olan marağı nisbətən azalmışdır. Buna görə də, kitabı sevdirən filmlərin çəkilişlərinə böyük yer ayrılmalı, media ilə iş birliyi qurulmalı, kitablar geniş şəkildə  reklam olunmalıdır.

Doktor Cihan Özdemirin rəhbərliyi ilə kitabxana kollekti Bakı Yunus Əmrə İnstitutunun işi, fəaliyyətin əsas məqsədi, keçirilən  tədris və məşğələlər, həmçinin, nəfis tərtibatlı kitabxana ilə tanış oldular.

Oruc Quliyev Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının adından Bakı Yunus Əmrə İnstitutunun kitabxanasına Zahid Qaralovun iki cildlik “Heydər Əliyevin elmi irsi” və “Əbədiyyətə gedən yollar” kitablarını hədiyyə verdi.

M.MÜKƏRRƏMOĞLU,

 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında