“Excelsior Hotel & Spa Baku” otelində “Yay tədbiri 2018” keçirilib

            “Excelsior Hotel &  Spa Baku”  otelinin açıq hovuzunda yerləşən  Pool Bar restoranında   “Yay  tədbiri 2018”  keçirilib.  Tədbirdə  otelin biznes tərəfdaşları,  işgüzar dairələrin nümayəndələri,  turizm agentlikləri və KİV nümayəndələri  iştirak ediblər.

 Açılış mərasimində çıxış edən “Excelsior Hotel &  Spa Baku”   otelinin baş meneceri Turhan Poyraz qonaqları  salamlayaraq onlara otelin yay  mövsümündə  istirahət etmək üçün olan imkanlar  haqqında  ətraflı  məlumat verib.  O, qeyd edib ki, bundan sonra paytaxtın qonaqları və sakinləri şəhərdən kənara çıxmadan qızmar yay günlərində gözəl şəraitdə dincələ, günəş şüaları qəbul edə, suyun yanında axşam mehindən həzz ala bilərlər.

Sərinləşdirici içkilər, otelin peşəkar aşpazlarının hazırladığı  ləzzətli təamlar və canlı musiqi hovuz ətrafında gözəl ab-hava yaradıb.Tədbirdə əməkdar artist Tünzalə Ağayevanın  gözəl ifası  bütün  qonaqların  ürəyincə olub. DJ musiqisinin  sədaları altında qonaqlar rəqs ediblər.Tədbirin müxtəlif saatlarında aparıcı  Kamilə Babayevanın təqdimatında qonaqlar lotoreya oyununda iştirak ediblər.  Lotoreyada qonaqlar  “Excelsior  Hotel  &  Spa Baku”  otelinin   “Aura”  Sağlamlıq mərkəzinə  1 günlük, 1 aylıq, 3 aylıq, 6  aylıq, 1 illik üzvlük kartları və  müxtəlif  hədiyyələr qazanıblar.

         “AtaHolding”  Korporativ Kommunikasiyalar şöbəsinin rəisi  Dilara Zamanova  bildirib ki,  “Excelsior Hotel &  Spa Baku”otelində  yay mövsümünün açılışına həsr olunmuş ənənəvi yay  tədbiri hər il  keçirilir. 

           “ Excelsior Hotel & Spa Baku”  otelinin  Satış və Marketing Departamentinin direktoru İlkin Rüstəmov qeyd edib  ki, otel korporativ tərəfaşlarına və turizm şirkətləri ilə olan əməkdaşlıq fəaliyyətlərinə xüsusi əhəmiyyət verir.  2005-ci ildən fəaliyyət göstərən “Excelsior Hotel & Spa Baku” Azərbaycanın ilk 5 ulduzlu otellərindən biri, Azərbaycan turizminin pioner obyektərindən  və ən tələb olunan otellərindən biridir.  Otel həftəiçi günlərdə Belvedere restoranında isveç masası stilində  (bufet) oluqca dadlı və ləziz business lanç yeməyi xidməti təklif edir. Bir nəfər üçün qiymət 14 AZN-dir. Bu nahar süfrəsində isti və soyuq yeməklərin, qəlyanaltı və desertlərin geniş  çeşidi təqdim olunur. Bu restorana axşamlar, həmçinin, ləziz “A La Carta”axşam yeməyi üçün də təşrif  buyurmaq olar. Otelin “Aura”  sağlamlıq mərkəzi Bakının ən böyük mərkəzlərindən biri olaraq  qonaqlara premium səviyyəli spa istirahət xidmətləri təklif edir.

   Qeyd edək ki,  “Excelsior Hotel & Spa Baku” oteli 2005-ci ilin avqust ayından fəaliyyət göstərir. “Excelsior Hotel & Spa Baku” oteli 1 “İmperial” lüks, 2 “Royal” lüks, 4 “Crown” lüks, 45 “Heritage” deluks, 9 “Duke” kiçik otaqlar, iclas konfrans zalları və biznes mərkəzi, restoran və barlar və “Aura” sağlamlıq mərkəzindən ibarətdir.

                                                                                      Afət Sadıqoğlu,

                                                                                      “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında