Macar folklor musiqiçilərinin konserti

              Macarıstan Respublikasının Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə  Bakıda YARAT Müasir İncəsənət Mərkəzində macar folklor musiqisindən ibarət konsert olmuşdur. Tədbirin başlanğıcında Macarıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Viktor Szederkenyi xalq sənətinin gənc ifaçıları haqqında məlumat verərək  macar folklor musiqiçilərini tamaşaçılara təqdim etmişdir. 

Konsert macar xalq sənətinin gənc ustaları, folklor rəqsləri və folklor musiqisinin ifaçıları,  "Taciz kovası ....." adlı folklor festivalının finalçıları, rəqsçilər-Hajdara Tamás və  Hajdara-Herczeg Hajnalkanın ifasında folklor rəqsi ilə başlamışdır.Folklor rəqsləri və musiqilərindən ibarət  proqramda əsasən Transilvaniya və Transdanubiya ərazisinin  xalq musiqiləri ifa edilmişdir.  Folklor qrupu  hər bir bölgənin rayonlarının müxtəlif ənənələrini ayrı-ayrılıqda nümayiş etdirərək  macar xalq musiqisinə sadiq olduqlarını bildirmişlər.

Macarıstan xalq musiqisi və rəqslərini tamaşaçılar  böyük maraqla və  hərarətli alqışlarla qarşılamışlar.

Afət Sadıqoğlu,

                                                                   “Xalq qəzeti” 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında