Firəngiz Əlizadə: Festivala çox gözəl əhval-ruhiyyə ilə başlayırıq

 “İpək Yolu” IX Beynəlxalq Musiqi Festivalı çox əlamətdar bir zamanda keçirilir. Bu il bir sıra yaddaqalan hadisələrlə zəngindir. Ümummilli lider Heydər Əliyevin 95, Azərbaycan Xalq Cümhuriyyətinin və dahi bəstəkar Qara Qarayevin 100 illik yubileyləri möhtəşəm tədbirlərlə qeyd olunur. Bir sözlə, bayram bayrama qarışıb və biz festivala çox gözəl əhval-ruhiyyə ilə başlayırıq”.
 
Bu sözləri Şəki “İpək Yolu” IX Beynəlxalq Musiqi Festivalının bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, UNESCO-nun sülh artisti Firəngiz Əlizadə festivalın açılış mərasimində jurnalistlərə müsahibəsində deyib.
Festivalın proqramının həmişəkindən də zəngin olduğunu vurğulayan Firəngiz Əlizadə deyib: “Festivalın tarixində ilk dəfə olaraq bu il UNESCO-nun “Ənənəvi Musiqi üzrə Beynəlxalq Şurasının” (İCTM) “Məqam” elmi-tədqiqat qrupunun X Beynəlxalq Elmi Simpoziumu keçiriləcək. Tədbirdə Yaponiyadan Almaniyayadək, 10 müxtəlif ölkədən tanınmış, nüfuzlu alimlər, həmçinin Azərbaycanın görkəmli elm xadimləri iştirak edəcəklər. Simpoziumdakı məruzələrdə qədim Şəkinin tarixi, mədəniyyəti, sənətkarlığı ilə yanaşı, bir çox ölkələrin ənənəvi musiqisi, onun tədqiqi və gələcək inkişaf məsələləri müzakirə ediləcək”.
Firəngiz Əlizadə bildirib ki, türkdilli xalqların mədəniyyət xadimlərini öz ətrafında toplayan TÜRKSOY Beynəlxalq Təşkilatının 25 illiyinin Şəki şəhərində qeyd edilməsi də musiqi mədəniyyətimizdə mühüm hadisələrdən biri olacaq.
M.MÜKƏRRƏMOĞLU, 
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında