“Heydər Əliyev və Azərbaycan şahmatının zəfər salnaməsi” işıq üzü görüb

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra idmana göstərilən qayğı və diqqət daha da artdı. İdmançılarımız iştirak etdikləri beynəlxalq yarışlarda daha uğurla çıxış etməyə başladılar. Onların hər bir nailiyyəti və yarışlarda üçrəngli bayrağımızın yüksəklərə ucaldılması Azərbaycanın idman ölkəsinə çevrilməsinə öz töhfəsini verdi. Bu töhfədə, təbii ki, şahmatçıların da rolu danılmazdır. 
 
Əməkdar jurnalist, Fəxri bədən tərbiyəsi və idman işçisi, “Xalq qəzeti”nin əməkdaşı Oqtay Bayramovun yenicə işıq üzü görmüş  “Heydər Əliyev və Azərbaycan şahmatının zəfər salnaməsi”  kitabı məhz Azərbaycan şahmatçılarının keçdiyi uğurlu yol və ulu öndər Heydər Əliyevin şahmatın inkişafına göstərdiyi qayğı və diqqətdən bəhs edir.
“Xalq qəzeti”nin nəşri olan kitabda ulu öndərin 1998-ci ildə imzaladığı sərəncamlardan sonra ölkəmizdə bu idman növünün daha da inkişaf etməsi qeyd olunur, milli komandamızın beynəlxalq yarışlarda qazandığı qələbələrdən və zəfərə gedən yoldan bəhs edilir. 
Ulu öndər Heydər Əliyevin “Azərbaycan uşaq şahmatçılarına dövlət qayğısının artırılması ­haqqında” və “Azərbaycan uşaq şahmatçıları Teymur Rəcəbov və Vüqar Həşimova dövlət ­qayğısının artırılması haqqında” sərəncamları öz bəhrəsini verdi və bu gün Azərbaycan komandası beynəlxalq idman arenasında ən nüfuzlu komandalardan biri hesab edilir. Kitabda Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Vüqar Həşimov, Rauf Məmmədov, Qədir Hüseynov, Eltac Səfərli, Arkadi Naydiç və digər qrossmeysterlərimizin nailiyyətlərindən ətraflı bəhs edilir. 
Nəşrdə, həmçinin Azərbaycan milli komandasının üçüncü dəfə Avropa çempionatının qalibi adını qazanması və Prezident İlham Əliyevin çempion şahmatçılarımızı qəbul etməsi, bu birinciliyin qürurverici məqamları da oxucuların diqqətinə çatdırılır. 
Nəşrin məsləhətçisi “Xalq qəzeti”nin baş redaktoru, Əməkdar jurnalist Həsən Həsənov, redaktoru İlham ­Abbasov, rəyçilər Azərbaycan ­Şahmat ­Federasiyasının vitse-prezidenti, beynəlxalq dərəcəli hakim Faiq Həsənov, “İdman” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Qabil Mehdiyevdir.
Kitabın müəllifi uzun müddət ­“İdman” qəzetində çalışmış, 1995-ci ildən isə “Xalq qəzeti”ndə fəaliyyət göstərir. Qeyd edək ki, bu il Oqtay Bayramovun jurnalistlik fəaliyyətinin 50 illiyi tamam olur. 
Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında