Birgə Azərbaycan-İran filmi çəkiləcək

"İran Mədəniyyət Günləri çərçivəsində ilk dəfə olaraq müştərək İran-Azərbaycan filminin çəkilişinə start veriləcək".   Bunu İran Mədəniyyət Mərkəzinin sədri Əsğər Farsi keçirdiyi mətbuat konfransında deyib.

İran və Azərbaycan arasında bu sahədə əməkdaşlığa toxunan Ə. Farsi bildirib ki, ekran əsərinin bir hissəsi Bakıda - İçərişəhərdə, digər hissəsi isə İranda çəkiləcək: "Kino məhəbbət  mövzusunda olacaq”.

Ə. Farsi qeyd edib ki, Azərbaycan  müstəqil olduqdan sonra ölkələr arasında siyasi, iqtisadi, mədəniyyət sahələrində əlaqələr günbəgün inkişaf edir: “Bunun səbəbi bu iki xalqın bir-birinə bağlılığıdır. Ölkələr arasındakı sərhədlər xalqları bir-birindən ayıra bilməz. Mədəniyyət nazirlərimiz mədəni əlaqələrin inkişafı sahəsində mühüm addımlar atır".

Tələbə mübadiləsinə toxunan İran Mədəniyyət Mərkəzinin direktoru bildirib ki, indi 2 minə yaxın iranlı tələbə Azərbaycanda təhsil alır. Azərbaycanlı tələbələr də İranın müxtəlif universitetlərində oxuyurlar.

M.MÜKƏRRƏMOĞLU,

 “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında