Heydər Əliyev Fondunun təqdim etdiyi azərbaycanlı dirijor beynəlxalq müsabiqədə

"Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva mədəniyyətin inkişafına və təşviqinə böyük töhfələr verir. Heydər Əliyev Fondu Azərbaycan mədəniyyətinin inkişafı, təbliği, mədəni abidələrin qorunmasına dair mühüm layihələrin müəllifidir. Layihəmizə göstərilən diqqətə görə Heydər Əliyev Fonduna, Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edirəm."

Bu fikirləri Parisdə “Radio France” radiostansiyasının əsas binasında Yevgeni Svetlanov adına IV Beynəlxalq dirijorlar müsabiqəsinin yarımfinalına dair mətbuat konfransında müsabiqənin təsisçisi Marina Bouer bildirib.

Qeyd edib ki, bu il Heydər Əliyev Fondu tərəfindən müsabiqəyə təqdim olunan Fuad İbrahimovun namizədlik dosyesi yüksək qiymətləndirilib və o, yarımfinala yüksəlib. Ümid edirik, bu azərbaycanlı istedadlı dirijoru finalda görəcəyik.

Konfransda bildirilib ki, cari ildə müasbiqəyə 350 namizəd öz dosyesini təqdim edib. Onlardan 18 namizəd yarımfinala çıxıb. Azərbaycanlı Fuad İbrahimov da yarımfinalçılar arasındadır.

Qeyd edək ki, dirijorlar müsabiqəsi Parisdə “Radio France”, “France musique”, “L’orchestre philharmonique” və Heydər Əliyev Fondunun sponsorluğu ilə keçirilir. Cari ilin sentyabrında Parisdə müsabiqənin finalı, Moskvada isə Yevgeni Svetlanov festivalı keçiriləcək.

M.MÜKƏRRƏMOĞLU,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında