“Bu dünyanın yolu iki”

Yeni nəşrlər
Vaxtilə Yardımlıda çıxan “Zirvə” qəzetində məsul katiblikdən redaktorluğa yüksəlmiş, həyatının bir hissəsində yazıb-yaratmağa meyl etmiş Səmid Mövsümovun şeirlər və ibrətamiz kəlamlardan ibarət kitabını vərəqləyirəm. Yaradanına şükran bəndənin Rəbbi qarşısında etirafı, insanlara xitabən düz yolda olmağı tövsiyə edən bu yaradıcılıq nümunələri, deyərdim ki, insanı mənən doyurur, ruhən təzələyir. 
 
S Mövsümovun zəngin həyat təcrübəsi var. Sovet dönəmində “Azərbaycan”, “Bakı və Baku”, “Azərbaycan müəllimi” qəzetlərində, “Müxbir” bülletenində, “Təşviqatçı” jurnalında imzaları görünən müəllifin ilk şeiri “Azərbaycan qadını” jurnalında dərc edilib. Yardımlı Rayon Partiya Komitəsində əmək fəaliyyətinə başlayıb. Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirdikdən sonra, həyatını jurnalistikaya bağlayıb. Eyni zamanda, o, Azərbaycan KP MK yanında Marksizm--Leninizm Universitetini bitirib. Uzun illər Yardımlı RPK-nin təbliğatçısı olub. Medal və fəxri fərmanlarla mükafatlandırılıb.
Yaradıcılığı Azərbaycan Jurnalistlər Birliyinin “Həsən Bəy Zərdabi”. “Nailiyyət”, “Qızıl qələm”, “Xalqın nüfuzlu ziyalısı” mükafatları və xeyli fəxri fərmanlar ilə dəyərləndirilən S.Mövsümov müxtəlif sahələr üzrə mütəxəssis kimi tanınır. 
Deməliyəm ki, S. Mövsümovun indiyədək dini mövzuda yazdığı şeir və kəlamları “Sığının Allaha” kitabında toplanıb. Bu nümunələr insanları saflığa, təmiz həyata, haramdan uzaq, xeyrixah əməllər sahibi olmağa səsləyir. Onun istəyi budur ki, axirət yoluna yolçuluğa çıxan hər kəs Allahın dərgahına üzüağ getsin. 
Fəlsəfə doktoru, şair-publisist Davud Dəmirlinin və Rauf İlyasoğlunun redaktorlugu, Hacı Şahin Həsənli və Hacı Mir İlyas Mir Nəzərlinin rəyi ilə nəşr olunan bu kitabdan imanı dürüst olanlar, xüsusilə gənc nəsil lazımınca bəhrələnə bilərlər. Bunu kitabın redaktoru Davud Dəmirli deyir. O, həmçinin bildirir: “Ümumiyyətlə, yazarlarımız qələmə aldığı mövzulara elmi baxımdan dərindən bələd olmazsa, poetik aləmə də yaxınlaşa bilməz. Səmidin bu baxımdan fitri istedadı çox güclüdür. O, üz üzərində sərbəst çalışmaqla ilahiyyat elminin, İslam tarixinin sirlərinə dərindən yiyələnmişdir. Mənəviyyatı, əxlaqı, bütün insani keyfiyyətləri İslamın gözəlliyində axtarır və “Sığının Allaha” deyir şair.”
 
Bu dünyanın yolu iki:
Biri gəlir, biri gedir.
Gələn deyir mən səninki, 
Gedən deyir: Göstər yükü?!
 
Şair insanın dünyaya gəlişi kimi gedişinin labüdlüyünü, lakin gedərkən apardığı yükü soruşur: savabmı, günahmı--hansı daha çox?
Kitab haqqında fikirlərimi müəllifin ibrətamiz, öyüd- nəsihət xarakterli bəzi kəlamları ilə bitirmək istəyirəm:
“Ömrün mənası qorxaraq sevməkdə yox, sevərək qorxmaqdadır”, “Ətrafdakılara xəyanət, Allaha xəyanətdir”, “Allah borc saxlamaz, onun yolunda nə qədər xərcləmisənsə əvəzini qat-qat verər”, “Kişini hörmətli edən onun öz əməlidir”.
Zərifə BƏŞİRQIZI, 
“Xalq qəzeti”
 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında