Xalq yazıçısı Anarın 80 illik yubileyinə töhfə

Beynəlxalq Mətbuat Mərkəzində sənətşünaslıq üzrə fəlsəfə doktoru Zülfiyyə Eldarqızının Xalq yazıçısı Anarın kino yaradıcılığını əhatə edən "Qəm pəncərəsinin o üzündə" monoqrafiyasının təqdimat mərasimi keçirilib.
 
Kitabın elmi redaktoru akademik Teymur Kərimli, rəyçiləri professor Qulu Məhərrəmli və professor İlham Rəhimlidir. Qeyd edək ki, müəllifin "Qəm pəncərəsinin o üzündə" kitabı Xalq yazıçısı Anarın 80 illik yubileyinə töhfədir. Mərasimdə çıxış edən tanınmış elm və mədəniyyət xadimləri monoqrafiya haqqında fikirlərini  bölüşmüş, müəllifə yeni-yeni  uğurlar arzulamışlar. 
Konfransda, həmçinin Zülfiyyə Eldarqızının elmdə, sənətdə və səhnədəki 20 illik fəaliyyətini əks etdirən "Bütün gözəlliyi Tanrım o sərvinazə verib" adlı kitab da təqdim olunub.
M.MÜKƏRRƏMOĞLU, 
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında