Kreml Sarayında "Min bir gecə”

Bu gün  Rusiya Dövlət Kreml Sarayında dahi Azərbaycan bəstəkarı Fikrət Əmirovun "Min bir gecə" baleti nümayiş etdiriləcək.

"Kreml Baleti" Teatrının təqdim edəcəyi tamaşanın quruluşçu xoreoqrafı Rusiyanın Xalq Artisti Andrey Petrov, rəssamı SSRİ Xalq Rəssamı, akademik Tahir Salahovdur.

Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə səhnələşdirilən tamaşa "Kreml Baleti"nin ifasında artıq uzun illərdir ki, təkcə Rusiyanın deyil, digər ölkələrin səhnələrində də uğurla nümayiş etdirilir. Bu, dahi Azərbaycan bəstəkarı Fikrət Əmirovun "Min bir gecə" baletinin Rusiyada ilk səhnə quruluşudur.

Tamaşa "Orfey" simfonik orkestrinin müşayiəti ilə nümayiş etdiriləcək

M.MÜKƏRRƏMOĞLU,

 “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında