Heydər Əliyev Fondunun təqdim etdiyi azərbaycanlı dirijor beynəlxalq müsabiqədə

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva mədəniyyətin inkişafına və təşviqinə böyük töhfələr verir. Heydər Əliyev Fondu Azərbaycan mədəniyyətinin inkişafı, təbliği, mədəni abidələrin qorunmasına dair mühüm layihələrin müəllifidir. Layihəmizə göstərilən diqqətə görə Heydər Əliyev Fonduna, Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edirəm.
 
Bu fikri Parisdə “Radio France” radiostansiyasının əsas binasında Yevgeni Svetlanov adına IV Beynəlxalq dirijorlar müsabiqəsinin yarımfinalına dair mətbuat konfransında konkursun təsisçisi Marina Bouer bildirib.  
Qeyd edib ki, bu il Heydər Əliyev Fondu tərəfindən müsabiqəyə təqdim olunan Fuad İbrahimovun namizədlik dosyesi yüksək qiymətləndirilib və o, yarımfinala yüksəlib. Ümid edirik, bu azərbaycanlı istedadlı dirijoru finalda görəcəyik.
“Radio France”ın əsas binasında Yevgeni Svetlanov IV Beynəlxalq dirijorlar müsabiqəsinin yarımfinalına həsr edilmiş mətbuat konfransında bildirib ki, cari ildə müsabiqəyə 350 namizəd öz dosyesini təqdim edib. Onlardan 18 namizəd yarımfinala çıxıb. Azərbaycanlı Fuad İbrahimov da yarımfinalçılar arasındadır.
Qeyd edək ki, Yevgeni Svetlanov adına IV dirijorlar müsabiqəsi Parisdə “Radio France”, “France musique”, “L’orchestre philharmonique” və Heydər Əliyev Fondunun sponsorluğu ilə keçirilir. Cari ilin sentyabrında Parisdə müsabiqənin finalı və Moskvada Yevgeni Svetlanov festivalı keçiriləcək.
Şəhla Ağalarova,
AZƏRTAC-ın 
xüsusi müxbiri
Paris 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında