Azərbaycan ilk dəfə Fransada Beynəlxalq Animasiya Filmləri Festivalında təmsil olunub

Bu animasiya dünyasının ən böyük hadisəsidir və hər il Alp dağları ilə əhatə olunmuş, Ansi gölünün sahilində yerləşən, Fransanın mənzərəli şəhərciyində keçirilir. Hər il festivala 10 000-ə yaxın animasiya kinosu mütəxəssisi və həvəskarları yığışır.

Bu il Azərbaycan ilk dəfə Ansi Festivalında təmsil olunub.

I Bakı Beynəlxalq Animasiya Festivalı "ANİMAFİLM"in təsisçisi və direktoru Rəşid Ağamalıyev Azərbaycanı bu cür mötəbər tədbirdə təmsil etməkdən qürur duyduğunu deyib:

"Müsabiqə proqramı ilə paralel olaraq festivalda "Marché international du film d'animation" (MIFA - Beynəlxalq Animasiya Filmləri Bazarı) fəaliyyət göstərir, bu isə Avropada animasiya sahəsində ən nəhəng kommersiya layihəsidir. Biz bu bazarda Azərbaycanı, xüsusilə 19-21 oktyabr tarixlərində Bakı şəhərində keçiriləcək "ANİMAFİLM" I Bakı Beynəlxalq Animasiya Festivalı, həmçinin "Azərbaycan animasiyası" kitabı layihələrini təqdim etdik. Çoxsaylı studiya və animasiya təşkilatları bu layihələrlə maraqlandılar və biz hazırda onlarla əməkdaşlıq haqqında danışıqlar aparırıq".

Azərbaycan MIFA-da CEE ANIMATION (Mərkəzi və Şərqi Avropa Animasiyası) təşkilatının dəstəyi ilə təmsil olunub. Xatırladaq ki, təşkilat Mərkəzi və Şərqi Avropada animasiya sənətinin inkişafını dəstəkləyir, Çexiya, Macarıstan, Bolqarıstan, Gürcüstan və s. kimi olkələri özündə birləşdirir.

R.Ağamalıyev bildirib ki, Azərbaycana, ilk növbədə, Mərkəzi və Şərqi Avropa animasiya sənayesi ilə birləşmək lazımdır:

"Bunun üçün animasiya filmlərinin istehsalı və yayımını dəstəkləyən Avropa Birliyinin MEDIA Creative Europe ("MEDİA, Yenilikçi Avropa") proqramına qoşulması çox vacibdir. Bizə milli animasiyanı dəstəkləmək lazımdır, axı o balalarımızın gələcəyidir".

M. MÜKƏRRƏMOĞLU,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında