Toğrul Nərimanbəyovun xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib

 Milli İncəsənət Muzeyində mərhum xalq rəssamı Toğrul Nərimanbəyovun xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

 Tədbirdə  Azərbaycan Rəssamlar İttifaqının katibi Ağəli İbrahimov T. Nərimanbəyovun həyat və yaradıcılığı haqda iştirakçılara ətraflı məlumat verib. O bildirib ki, T. Nərimanbəyov müasir Azərbaycan təsviri sənətinin yetişdirdiyi böyük şəxsiyyətlərdəndir.

 A. İbrahimov Toğrul Nərimanbəyovun sovet vaxtı SSRİ xalq rəssamı adına layiq görülən üç azərbaycanlı rəssamdan biri olduğunu diqqətə çatdırıb: "Toğrul istedadlı rəssam, görkəmli incəsənət xadimi, həm də böyük şəxsiyyət idi. Onun həm də gözəl səsi vardı. Toğrul böyük sənətkar olub. O, çağdaş Azərbaycan təsviri sənətində öz rənglərini tapıb, öz yolunu, öz dəst-xəttini yarada bilib. Toğrulu yaratdığı rəsm əsərləri yaşadırdı".

 Tədbir musiqi proqramı ilə davam etdirilib.

M.MÜKƏRRƏMOĞLU,

 “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında