Xalq artisti Hacıağa Abbasovun 130 illiyi qeyd edilib

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə H.Abbasov adına Mədəniyyət Mərkəzində Azərbaycanın görkəmli teatr xadimi, aktyor, dramaturq, Xalq artisti Hacıağa Abbasovun 130 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin aparıcı məsləhətçisi Vüsal Həsənov,  Sabunçu Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Ceyhun Abbasov, xalq artistləri Hacı İsmayılov, Rafiq Əzimov, Əməkdar artist Əli Nur, Hacıağa Abbasovun nəvəsi Elşanə Kərimbəyova görkəmli sənətkarın həyat və fəaliyyətindən danışıblar.

Bildirilib ki, Hacıağa Abbasovun vaxtilə səhnədə yaratdığı Hacı Qara (“Hacı Qara”), Hacı Qəmbər (“Yağışdan çıxdıq, yağmura düşdük”), Mirzə Mehdi xan (“Nadir şah”), Qubad (“Dəmirçi Gavə”) və digər rolları dövrün tamaşaçılarının qəlbində dərin iz buraxıb.

Sənətkarın yaradıcılığını əks etdirən videoçarxlar nümayiş olunub.

“İstedad” xalq çalğı alətləri ansamblının üzvü Mircəlal Babayevin, aktyorun adını daşıyan Mədəniyyət Mərkəzinin “İncəsənət” rəqs ansamblının çıxışları maraqla qarşılanıb.

M.MÜKƏRRƏMOĞLU,

 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında