Statistika Komitəsinin “Qurtuluşdan tərəqqiyə” adlı xüsusi nəşri işıq üzü görüb

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi tərəfindən hazırlanaraq çap olunan “Qurtuluşdan tərəqqiyə” adlı xüsusi nəşr Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü və ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilib.
 
Komitədən bildirilib ki, 762 səhifədən ibarət olan nəşr Azərbaycan və ingilis dillərində nəfis tərtib olunub. Kitabda son 25 ilin statistik göstəriciləri iki dövrdə (1993-2002-ci və 2003-2017-ci illər) ətraflı əhatə edilib. 
Belə ki, hər iki dövr üzrə əhali, məşğulluq, institusional fəaliyyət, sənaye, tikinti, kənd təsərrüfatı, nəqliyyat, rabitə, turizm, İKT, ticarət, xarici ticarət, təhsil, elm, mədəniyyət, idman, səhiyyə, həyat səviyyəsi, milli hesablar, maliyyə, ətraf mühit statistikasına dair göstəricilər əks olunub. Qeyd edilmiş sahələr üzrə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin iştirak etdiyi rəsmi dövlət tədbirlərindən seçmə fotoşəkillər, həmçinin hər iki dövrü əks etdirən statistik göstəricilərin müqayisəsi əsasında tərtib edilmiş təhlillər və qrafiklər də kitabda öz əksini tapıb. Yeni nəşrin respublika ictimaiyyətinə, xarici dövlətlərin ölkəmizdəki səfirliklərinə, beynəlxalq təşkilatlara, dünya ölkələrinin statistika orqanlarına, elm, təhsil müəssisələrinə, kitabxanalara, yerli icra hakimiyyəti və statistika orqanlarına təqdim olunması, həmçinin geniş oxucu kütləsinin istifadəsi üçün elektron versiyasının Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsində – www.stat.gov.az yerləşdirilməsi nəzərdə tutulub. 
AZƏRTAC

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında