Nizami Gəncəvi Beynəlxalq Mərkəzi əlaqələrini genişləndirir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyəti İsrailə səfərə gedib. Səfər çərçivəsində Knessetin sədri  Yuli-Yoel Edelstein, vitse-spiker Yehiel Bar,  Knessetin xarici işlər və müdafiə komitəsinin sədri Avi Dichterlə görüşlər keçirilib.
 
Mərkəzdən verilən məlumata görə, görüşlərdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İsrail Dövləti ilə əməkdaşlıq məsələləri müzakirə olunub. Mərkəzin qısa müddət ərzində həyata keçirdiyi layihələr yüksək qiymətləndirilib. Təşkilatın beynəlxalq əməkdaşlığa, sülhə və təhlükəsizliyə verdiyi töhfələrin əhəmiyyəti vurğulanıb.
Nümayəndə heyətinin üzvləri mərkəzin təşkilatçılığı ilə keçirilən VI Qlobal Bakı Forumu barədə məlumat verib. VII Qlobal Bakı Forumuna hazırlıqla bağlı görülən işlər barədə müzakirələr aparılıb. Gələcəkdə İsrail dövlətinin dəstəyi ilə birgə layihələrin həyata keçirilməsinin zəruriliyi vurğulanıb.
İsrailin dövlət rəsmiləri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin son illər ərzində təşkil etdiyi tədbirlərin dünyanı narahat edən problemlərin həlli yollarının müzakirəsi baxımından vacib olduğunu 
qeyd ediblər.
M.MÜKƏRRƏMOĞLU, 
“Xalq qəzeti”
 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında