Azərbaycan-İtaliya arxeoloqları Goranboyda elmi tədqiqatlara başlayıblar

Azərbaycan-İtaliya beynəlxalq arxeoloji ekspedisiyası bu  aydan  etibarən Goranboy rayonunun Qaradağlı kəndi ərazisində elmi tədqiqatlara başlayıb.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutundan verilən məlumata görə, ekspedisiyanın həmrəhbərləri institutun sektor rəhbəri, tarix üzrə fəlsəfə doktoru, dosent Bəxtiyar Cəlilov və Florensiyadakı (İtaliya) Lorenzo de` Medici Beynəlxalq İtaliya İnstitutunun Dini tədqiqatlar departamentinin (SoRS/School of Religious Studies) rəhbəri, professor Nikola Laneridir.

Tədqiqatın əsas obyekti ilk tunc dövrünə aid kurqan tipli qəbir abidələridir. Bununla yanaşı, mütəxəssislər tərəfindən ərazidə yerüstü araşdırmalar, arxeoloji abidələrin topoqrafik planları və elektron qeydiyyatları aparılacaq.

Arxeoloji ekspedisiyanın tərkibində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları ilə yanaşı, İtaliyanın Qədim Aralıq Dənizi Hövzəsi və Yaxın Şərq Tədqiqatı Mərkəzinin (CAMNES), müxtəlif arxeometrik sahələr üzrə tədqiqatlar aparacaq Almaniya və Fransadan mütəxəssislər iştirak edir.

Qeyd edək ki, ötən il AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu ilə CAMNES arasında, Azərbaycanın bir sıra qərb rayonlarında tunc dövrü kurqan tipli dəfn abidələrinin birgə arxeoloji tədqiqi barədə razılığa gəlinmişdi.

M.MÜKƏRRƏMOĞLU,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında