Rəşid Behbudovun anım gününə həsr olunmuş konsert keçirilib

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin R.Behbudov adına 2 nömrəli onbirillik musiqi məktəbi R.Behbudov adına Dövlət Mahnı Teatrında konsert keçirib. SİA-nın məlumatına görə, konsert SSRİ Xalq artisti, SSRİ və Azərbaycan SSR Dövlət Mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı Rəşid Behbudovun anım gününə həsr olunub.

Konsert Azərbaycanın görkəmli sənətkarının adını daşıyan musiqi məktəbinin şagirdlərindən ibarət xor kollektivi və xalq çalğı alətləri ansamblının ifası ilə başlayıb.

Daha sonra istedadlı uşaqların ifasında müxtəlif musiqi alətlərində Q.Qarayev, F.Əmirov, A.Əzizov, F.Şopen, C.Rossini, Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib.

M.MÜKƏRRƏMOĞLU,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında