Parisdə İCOM-un Baş Assambleyasının iclasında Azərbaycan nümayəndələri də iştirak etmişlər

Parisdə UNESCO-nun Mənzil-Qərargahında Beynəlxalq Muzeylər Şurasının (İCOM) Baş Assambleyasının 33-cü iclası keçirilmişdir. İCOM-un milli və beynalxalq komitələrinin üzvü, “QƏSR” Mədəni İrsi və Tarixi Abidələri Qoruyaq İctimai Birliyi İdarə Heyətinin üzvü, tarix üzrə fəlsəfə doktoru Pərvin Gözəlov və İCOM-un Milli Komitəsinin katibi Əminə Məlikova iclasda iştirak ediblər. 
 
İclas zamanı təşkilatın milli və beynəlxalq komitələri arasındakı əməkdaşlıq, ötən il görülən işlərin hesabatları dinlənilmişdir. Bundan əlavə, iclasda təşkilatın maliyyə məsələri üzrə hesabatları dinlənilmişdir. Builki iclasda 2022-ci ildə İCOM-un Baş Konfransının hansı şəhərdə keçiriləcəyi müəyyən edilmişdir. 2022-ci ildə Baş Konfransın keçiriləyi şəhərlər sırasında Çex Respublikasının paytaxtı Praqa, Norveç Krallığının paytaxtı Oslo və Misirin İsgəndəriyyə şəhərləri olmuşdur. Seçki yolu ilə 2022-ci ildə İCOM-un Baş Konfransının İsgəndəriyyə şəhərində keçiriləcəyi məlum olmuşdur.
Beynəlxalq Muzeylər Şurasının fəaliyyəti cəmiyyətin inkişafına və xeyrinə işləmək, mədəni dəyərlərin qorunması üçün çalışmaqdan ibarətdir. Qeyd etmək lazımdır ki, tədbirin keçiriləcəyi Misirin İsgəndəriyyə Kitabxanası dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi irsinin öyrənilməsinə yüksək diqqət yetirir. 2014-ci ildən İsgəndəriyyə Kitabxanasında Nizami Gəncəvi irsinin kataloqunun hazırlanmasına başlanılıb. Kataloqa Nizami Gəncəvi irsini araşdıran dünya tədqiqatçılarının bütün əlaqələri, “Xəmsə”nin əlyazmalarının dünya arxivlərində saxlanılan nüsxələrinin qeydiyyatı, Nizami Gəncəvi irsinə həsr olunmuş kitablar, araşdırmalar, məqalələr daxildir.
M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında