“Tənbəl Əhməd” tamaşasının premyerası keçirilib

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Tənbəl Əhməd” tamaşasının premyerası keçirilib. Məlumat  Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrından  verilib.

Azərbaycan xalq nağılı əsasında səhnələşdirilmiş və teatrın repertuar planında təsdiq olunmuş “Tənbəl Əhməd” tamaşası yeniyetmə və gənclərdə xeyirxahlıq, zəhmətkeşlik, sadiqlik kimi yüksək insani keyfiyyətləri aşılayır. Xalq nağılı qəhrəmanının sərgüzəştləri kiçik yaşlı tamaşaçıların sevgisini qazanıb. Nağılın müasir uşaqların dünyagörüşünə uyğun rejissor yozumu, səhnə və musiqi tərtibatı, geyim və aktyor oyunu məktəblilərin nağıllar aləminə səyahətinə bələdçilik edib, onların tamaşa müddətində obrazlarla təmasda olmalarına şərait yaradıb.

Quruluşunu gənc rejissor Ayla Osmanovanın verdiyi tamaşada Tənbəl Əhməd rolunu gənc aktyorlar Ramil Məmmədov və Vahid Orucoğlu, rolları Əməkdar artistlər Nəsibə Eldarova, Vahid Əliyev, aktyorlardan Səbinə Məmmədova, Natiq Fərzəliyev, Zümrüd Quliyeva, Anar Seyfullayev, Müşfiq Əliyev, Xəyalə Meydanova və başqaları ifa ediblər.

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında