“İrəvan-100” adlı kitab işıq üzü görüb

AMEA Elm Tarixi İnstitutunun elmi katibi, siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyevin “İrəvan-100” kitabı çapdan çıxıb. Nəşr Azərbaycan, Türkiyə, İran, Rusiya, Gürcüstan, Britaniyanın arxiv sənədləri, tədqiqatlar əsasında hazırlanıb. Nadir fotolar və xəritələrin yer aldığı kitab “Erməni psixologiyası” və “Erməni xəstəliyi” bölmələri ilə başlayır. Müəllif bu mövzulara müraciət etməklə Azərbaycan xalqına düşmən kəsilən ermənilərin psixoloji və tibbi durumunu tədqiq edib. Bu hissənin hazırlanmasında həm xarici, həm də yerli psixoloq və həkimlərlə müzakirələr aparılıb.

www.science.gov.az saytı yazır ki, kitabda “İrəvanın tarixi”, “Gülüstan müqaviləsi (1813)”, “Türkmənçay müqaviləsi (1828)”, “Batum konfransı və beynəlxalq münasibətlər”, “Cənubi Qafqazda böyük güclərin maraqları” və “İrəvanın güzəşti” mövzularında məlumatlar yer alıb. Həmçinin Azərbaycan Xalq Cümhuriyyəti ilə Ermənistan arasında sonradan İrəvanın taleyi və hüququ statusu ilə bağlı danışıqlar və sənədlər öz əksini tapıb.

Yeni nəşr geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

                                                                               Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında