Azərbaycanda ispan yazıçısı Kamilo Xose Selanın “Seçilmiş əsərləri” kitabı işıq üzü görüb

Azərbaycan Tərcümə Mərkəzinin yeni nəşri – məşhur ispan yazıçısı, Nobel mükafatı laureatı Kamilo Xose Selanın “Seçilmiş əsərləri” kitabı işıq üzü görüb.

XX əsr İspaniya ədəbiyyatının klassiki sayılan Sela, yaradıcılığı boyu bədii ədəbiyyatın müxtəlif janrlarında (şeirlər, hekayələr, romanlar) yazıb-yaratsa da, dünya ədəbiyyatı tarixinə romanlar müəllifi kimi daxil olub.

Yazıçının ilk dəfə Azərbaycan dilində işıq üzü görmüş  “Seçilmiş əsərləri” kitabına dünyaca məşhur “Paskual Duartenin ailəsi”, “Arı yuvası” (1951) və “İki ölü üçün mazurka” (1983) romanları daxil edilib.

Kitabı Azərbaycan dilinə tanınmış Azərbaycan yazıçısı Saday Budaqlı çevirib.

M.MÜKƏRRƏMOĞLU,

”Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında