Nəğməkar şair Mikayıl Müşfiqin nadir fotosu

Moderator.azdan verilən xəbərə görə, yola salmaqda olduğumuz həftə həm də böyük Azərbaycan şairi Mikayıl Müşfiqin növbəti ildönümü ilə yadda qaldı. 110 yaşının tamam olmasına baxmayaraq Müşfiq indi də poeziya sevənlərin yaddaşında 28 yaşlı bir gənc kimi qalır.

O, gənc yaşlarından bir çox dözülməz həyat faciələrinə, ağrı-acılara məruz qaldı, ömrünün son illərində isə dəhşətli işgəncələrlə qarşılaşdı.

 Yaşının azlığı səbəbindən böyük Müşfiqdən bu gün bizə çox az sayda fotoları yadigar qalıb. Doğrudur, Azərbaycan xalqı Müşfiqi hər zaman bir qiyafədə, görkəmdə təsvir edir. Amma onun nadir və heç zaman üzə çıxmayan fotoları da var ki, Moderator.az tarixçi Elmar Həsənliyə istinadən onlardan birini təqdim edəcək.

Bu fotoda Müşfiq hələ gəncdir. Çağlayan vaxtıdır, küləklərlə ötüşən zamanıdır. Bir neçə ildən sonra onu nələrin gözlədiyindən xəbərsizdir.  Yanındakı isə Əkrəm Cəfərdir. Böyük ədəbiyyatşünas, ədəbi tənqidçi olan Əkrəm Cəfər.

Ədəbi dərnəklərdə, ədəbi gecələrdə birlikdə iştirak edir, tək-tük qəzetələrdə çap olunurlar. Hələ ki, qara qasırğadan uzaqlıq vaxtıdır… Bu foto da o dövrün yadigarıdır, Müşfiq ayaq üstə dayanıb...

                                                                             İsaq Əmənullayev
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında