Musiqili Teatrın azyaşlı aktyoru mukafata layiq görülüb

 Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi və 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş Azərbaycan Könüllülər İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən "Azerbaijan Golden Kids Awards-2018" layihəsinin qalibləri arasında Musiqili Teatrın 13 yaşlı aktyoru Rahib Məmmədzadə də var. 

İstedadı ilə hər zaman həmyaşlarından fərqlənməyi bacaran bu xarizmatik oğlan teatr və kino sahəsində indiyə qədər qazandığı uğurlarına görə bu layihədə “Ən yaxşı teatr və kino aktyoru” nominasiyasının qalibi olub və “Diplom”la təltif edilib.

İncəsənətə və teatra dəyər verən ailənin övladı kimi Rahib Məmmədzadə 2 yaşından Musiqili Teatrın səhnəsinə can atıb və hələ körpə ikən Ü.Hacibəylinin "O olmasın, bu olsun" tamaşasında kütləvi səhnələrdə iştirak edib. Daha sonra 9 yaşında olarkən “Yatmış gözəl və cırtdanlar, (Ş.Pero, səhnələşdirəni A.Sadıqov) tamaşasında Şahzadə Villi obrazında səhnəyə çıxıb. 10 yaşında ona ən böyük uğur gətirən E.Əfəndiyevin "Baladadaşın toy hamamı" tamaşasında Baladadaşın balaca dostu Ağa Nəcəf rolunu ifa edib və bu roluna görə Rahib teatr rəhbərliyinin hər mövsümün sonunda təşkil etdiyi mükafatlandırma mərasimində “Mövsümün ən yaxşı uşaq rolunun ifaçısı” diplomu ilə təltif olunub.

Bundan əlavə, Rahib bir çox beynəlxalq tədbirlərdə iştirak edib. Qardaş Türkiyədə keçirilən "23 Nissan çocuk festivalı”nın iştirakçısı olub. Rahib Space tv-də yayımlanan “3 bacı” serialında, Xəzər tv-də yayımlanan "Həyat Sən nə qəribəsən”, "Bir ailəm var" və "Ailəcanlı" serialında ifa etdiyi rolları ilə tamaşaçıların sevgisini qazanıb.

Hal-hazırda Musiqili Teatrda Antuan de Sent-Ekzüperinin dünyaca məşhur əsəri əsasında hazırlanan "Balaca şahzadə" tamaşasında Balaca şahzadə obrazı üzərində çalışır.

M.MÜKƏRRƏMOĞLU,

 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında