Azərbaycan İspaniyanın nüfuzlu “Ejecutivos” jurnalı tərəfindən Beynəlxalq Turizm Məkanı mükafatına layiq görülüb

İyunun 7-də Madrid şəhərində İspaniyanın nüfuzlu “Ejecutivos” jurnalının sayca 28-ci mükafatlandırma mərasimi keçirilib. 
Azərbaycanın İspaniyadakı səfirliyindən bildiriblər ki, tədbirdə bu ölkənin dövlət rəsmiləri, müxtəlif nüfuzlu beynəlxalq və yerli şirkətlərin təmsilçiləri, ictimaiyyət, nüfuzlu yerli kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər. Mərasimdə ölkəmizi Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfiri, habelə Ümumdünya Turizm Təşkilatı yanında daimi nümayəndəsi Anar Məhərrəmov təmsil edib.
“Azərbaycan əlverişli coğrafi mövqeyi, tarixi-mədəni irsi, gözoxşayan təbiəti, təkrarolunmaz arxitekturası və təbii sərvətləri ilə turist axınını özünə cəlb edib və ölkədə təhlükəsizliyin təmin edilməsi, əlverişli əmək bazarı və turizm sektorunun inkişafı üçün münbit şərait yaradılması ilə regionun turizm mərkəzinə çevrilib”. Məhz sadalanan bu səbəblərdən “Ejecutivos” jurnalı tərəfindən ölkəmizin beynəlxalq turizm məkanı mükafatına layiq görüldüyü elan edilib. 
Sözügedən mükafatı ölkəmiz adından qəbul edən səfir A.Məhərrəmov, mükafata görə “Ejecutivos” jurnalının rəhbərliyinə təşəkkür edərək, ölkəmizin beynəlxalq turizm məkanı mükafatına layiq görülməsinin bir daha Azərbaycan Respublikasında turizm sektoruna göstərilən dövlət qayğısından xəbər verdiyini qeyd edib. Diqqətə çatdırıb ki, Azərbaycan Ümumdünya Turizm Təşkilatı ilə əməkdaşlığı genişləndirərək, turizmin inkişafında əhəmiyyətli irəliləyişlərə nail olub və bu yalnız ölkədə deyil, ümumilikdə dünyada turizmin davamlı inkişafına önəmli töhfə verib.
Mükafatlandırma mərasimində “Ejecutivos” jurnalının 2018-ci il may ayı buraxılışının təqdimatı da keçirilib. Sözügedən buraxılışda Azərbaycanın beynəlxalq turizm məkanı mükafatına layiq görülməsi ilə əlaqədar, ölkəmizdə turizmin inkişafı meyilini özündə əks etdirən məqalə dərc olunub. Məqalədə ölkədə iqtisadiyyatın şaxələndirilməsi kontekstində turizmin prioritet sahələrdən birinə çevrildiyi, Azərbaycanda son illərdə turizm sahəsində sürətli inkişafa nail olunduğu, bir çox turizm-istirahət komplekslərinin yaradıldığı qeyd olunub. Həmçinin turistlərin cəlb olunması baxımından Ağdamın “Qarabağ” futbol klubunun UEFA Çempionlar Liqasının 2017-2018-ci illər mövsümündə İspaniyanın “Atletiko Madrid” klubu ilə qarşılaşmasına toxunularaq, Azərbaycanın gözəl guşələrindən olan Qarabağın hazırda erməni işğalı altında olduğu diqqətə çatdırılıb. Məqalədə son illərdə ölkəmizdə beynəlxalq humanitar, mədəniyyət, idman və digər sahələrdə uğurla həyata keçirilmiş tədbirlərlə bağlı məlumat da əks olunub.
Aygün ƏLİYEVA,
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında