UNESCO-nun Baş Qərargahında Azərbaycan muğamları səslənib

Muğam sənətinin UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin 10 illiyi qeyd olunub. Parisdə UNESCO-nun Baş Qərargahında bu münasibətlə qəbul və konsert keçirilib. Bu barədə Mədəniyyət Nazirliyi məlumat vermişdir.
UNESCO yanında Daimi Nümayəndəliyimizin təşkilatçılığı, Heydər Əliyev Fondunun, Mədəniyyət Nazirliyinin və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının dəstəyi ilə keçirilən tədbirdə muğam ifaçılığı, onun musiqi dünyasında və azərbaycanlıların həyatındakı yeri haqqında danışılıb. Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyinin rəhbəri Anar Kərimov çıxışında bildirib ki, mədəni dəyərlər və milli kimliyimizin əsası kimi muğam sənəti Birinci vitse-prezident, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yenidən dirçələrək beynəlxalq aləmdə öz yerini tutub. A.Kərimov muğam sənətinin dərin köklərə malik olmasını, tarixi sınaqlardan uğurla keçərək müasir dövrdə tamamilə yeni bir səviyyəyə qalxmasında və qurumun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsində Mehriban xanım Əliyevanın danılmaz rolunun olduğunu vurğulayıb. O, ölkəmizin UNESCO layihələrinə töhfələrindən də söz açıb.
UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi Elnur Sultanov Şimal və Cənub, Şərq və Qərb arasında siyasi, ticari və mədəni körpü rolunu oynayan ölkəmizin mədəniyyətlər və dinlər arasında dialoq mərkəzinə çevrildiyini vurğulayıb. Bildirib ki, Azərbaycanda müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri arasında qarşılıqlı anlaşmanın təşviqi üçün beynəlxalq platforma mövcuddur. 
Sonra “Mugham Souls” qrupunun üzvləri “Rast”, “Şur”, “Bayatı-Şiraz”, “Bayatı kürd” kimi muğamları ifa ediblər. Musiqiçilərin ifası alqışlarla qarşılanıb.
M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında