Sarayevoda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti ilə bağlı müzakirələr aparılıb

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü Mladen İvaniç, Baş nazirin müavini və iqtisadiyyat naziri Mirko Sarovic, sabiq Baş nazir, xarici işlər naziri Zlatko Lagumdzija və Sarayevo şəhərinin meri Abdullah Skaka ilə görüşüb. 
Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, görüşlərdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Bosniya və Herseqovinada fəaliyyətinin daha da genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub. VII Qlobal Bakı Forumuna hazırlıqla bağlı ətraflı məlumat verilib. Forumun bir çox ölkələri narahat edən problemlərin müzakirəsinə imkan yaradan əlverişli platforma olduğu vurğulanıb. 
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin gələcək fəaliyyəti, beynəlxalq qurumlarla əməkdaşlığı, təşkilatın yeni layihələri ilə bağlı firik mübadiləsi aparılıb. Azərbaycan dövlətinin mərkəzin təşəbbüslərinə verdiyi dəstəyin qlobal sülhün və təhlükəsizliyin təmin olunması istiqamətinə axtarışlara mühüm töhfə olduğu vurğulanıb. Qeyd edilib ki, müasir dövrdə dünyada cərəyan edən mürəkkəb proseslər bir çox həlli çətin ziddiyyətlərə səbəb olub, bu ziddiyyətlərin aradan qaldırılması üçün böyük siyasi təcrübəyə və dünyagörüşünə malik insanların birlikdə apardığı müzakirələr olduqca mühüm əhəmiyyətə malikdir. 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında