“Əbədiyyət nəğməsi”

Mikayıl Müşfiq – 110
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mayın 17-də görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin anadan olmasının 110 illiyinin keçirilməsi haqqında imzaladığı sərəncama  uyğun olaraq, Yasamal Rayon İcra Hakimiyyətinin, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin, C.Cabbarlı Mədəniyyət Fondunun və müşfiqsevər ziyalıların birgə təşkilatçılığı ilə görkəmli şair Mikayıl Müşfiqin 110 illik yubileyinə həsr olunmuş “Əbədiyyət nəğməsi” adlı poeziya günü keçirilib.
Tədbiri  “Cabir Novruz” Mədəniyyət  Fondunun  təmsilçisi   Müşfiq Cabiroğlu açaraq Mikayıl Müşfiqin həyat və yaradıcılığından bəhs edib. Sonra Yasamal Rayon İcra Hakimiyyətinin başçısının humanitar məsələlər üzrə müavini Təravət Muradova çıxış edərək  şairin  yaradıcılığından, onun ömür yolundan danışıb.
Tədbirdə  C.Cabbarlı Mədəniyyət Fondunun rəhbəri Cavanşir Qurbanov,  Xalq  artisti Nurəddin  Mehdixanlı , “Qafqaz Media” İB-nin sədri Aydan Abdullayeva, Əməkdar jurnalist, pedaqogika üzrə fəlsəfə doktoru Qafar Əsgərzadə, şair Vahab İsmayılzadə, Firudin Qurbansoy, “Zirvə”  Birliyinin sədri, rəssam Minayə Feyzullayeva, M.Müşfiq adına 18 saylı tam orta məktəbinin müəllim və şagird heyəti,  müğənni Rəşad İlyasov və başqaları  iştirak etmişlər. Çıxış edənlər Müşfiq poeziyasının tükənməz çeşməsindən bir-birindən gözəl əsərlərini səsləndirərək poeziya gününə rəng qatıblar.
Yubiley tədbiri Müşfiqin ata ocağında, Xızı rayonu Sayadlı kəndində davam edib.
M.MÜKƏRRƏMOĞLU, 
“Xalq qəzeti”
 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında