Xızı rayonunda şair Mikayıl Müşfiqin 110 illiyi ilə əlaqədar “Mən şirin ləhcəli bir bülbüləm” adlı tədbir keçirilib

mct.gov.az-dan verilən məlumata görə, şair Mikayıl Müşfiqin 110 illiyi ilə əlaqədar silsilə tədbirlər çərçivəsində Xızı rayon Sayadlı kəndində yerləşən “Müşfiq ocağında” tədbir keçirilib.

Sumqayıt Regional Mədəniyyət idarəsinin dəstəyi, F.Köçərli adına Respublika Uşaq Kitabxanası və Abşeron rayon Mehdiabad qəsəbəsi 4 saylı orta məktəbin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə ölkənin tanınmış ziyalıları, mədəniyyət və incəsənət xadimləri, şair və yazıçılar, rayon ictimaiyyətinin nümyəndələri, poeziya sevərlər iştirak edib.

Sumqayıt Regional Mədəniyyət idarəsinin rəis müavini İlham Əhmədov çıxış edərək tədbir iştirakçılarını idarə rəisi Mehman Şükürovun adından salamlayıb. Daha sonra  Sumqayıt Regional Mədəniyyət idarəsinin Xızı rayonu üzrə nümayəndəsi Möhsün Bağırov, yazıçı Firudin Qurbansoy, Xəzər Dəniz Gəmiçiliyinin əməkdaşı, “Mikayıl Müşfiq” gəmisinin kapitanı olmuş Sakit Məlikov və digərləri çıxış edib. Bildirilib ki, belə tədbirlərin keçirilməsində məqsəd uşaqların mütaliə maraqlarının artırılması, onlarda ədəbi zövqü inkişaf etdirmək, Azərbaycan ədəbiyyatının represiyaya məruz qalan görkəmli nümyəndələrini onlara tanıtmaqdır.

Firudin Qurbansoyun aparıcılığı ilə keçən tədbirdə  şairin abidəsi ziyarət olunub, abidə önünə tər çiçəklər düzülüb, şairin yazdığı şeirlərə bəstələnmiş mahnılar ifa edilib, şeirlərindən nümunələr dinlənilib.

İsaq Əmənullayev,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında