Mikayıl Müşfiqin 110 illik yubileyinə həsr olunan sərgi

AMEA-nın Mərkəzi Elmi Kitabxa​nasında Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri, repressiya qurbanı Mikayıl Müşfiqin anadan olmasının 110 illiyi münasibətilə sərgi açılıb.

www.science.gov.az saytı xəbər verir ki, Prezident İlham Əliyevin “Mikayıl Müşfiqin 110 illiyinin qeyd edilməsi haqqında” 2018-ci il 17 may tarixli Sərəncamına əsasən təşkil olunan sərgidə şairin kitabxana fondlarında qorunan seçilmiş əsərləri - “Duyğu yarpaqları”, “Qaya” (şeirlər və poemalar), “Əbədiyyət nəğməsi”, həmçinin ədibin xatirəsinə həsr edilən “Mikayıl Müşfiq”, “Müşfiqin duyğu yarpaqları”, “Müşfiqli günlərim”, “Müşfiq incəlikləri”, “Üç budaq”, Müşfiq və folklor” kitabları nümayiş olunur.

İyunun 11-dək davam edəcək sərgidə nümayiş etdirilən kitablar kitabxananın elektron kataloqunda qeyd olunub və Milli Rəqəmsal Yaddaş bazasında yerləşdirilib.

Əlipənah BAYRAMOV,
 “Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında