Metodiki Mərkəzin yeni nəşrləri

Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzdə bu günə kimi əsas istiqamətləri və strateji hədəfləri özündə əks etdirən 70-ə yaxın müxtəlif metodiki vəsait hazırlanıb. Mərkəzin əməkdaşları mövcud sifariş və tələbatlarları nəzərə alaraq, yeni metodiki vəsaitlərin hazırlanmasını davam etdirirlər. Bu mənada növbəti dörd yeni vəsait işıq üzü görüb.

“Unudulmaqda olan sənətkarlıq emalatxanası” adlı tövsiyə yaradıcı dərnəklərin müəllimlərinə, sagird və tələbələrinə tənəkdən toxumanın əsaslarından geniş söhbət açır. “Seminarların təşkili qaydaları” adlı metodiki tövsiyədə seminarların planıaşdırılması, təşkili mərhələləri, istifadə olunan forma və üsullar haqqında məlumat verilir. “Estrada oxuma fənni üzrə” proqram uşaq musiqi və incəsənət məktəbləri üçün, “Musiqi əsərlərinin təhlili” proqramı isə onbirillik təhsil sistemi üçün nəzərdə tutulub.

Metodiki vəsaitlərin müvafiq mədəniyyət müəssisələrinə göndərilməsi ilə yanaşı yerlərdə təqdimatlarının aparılması da nəzərdə tutulub.

Qeyd edək ki, vəsaitlər muzey, teatr, rəsm qalereyaları, mədəniyyət və bədii təhsil müəssisələrini, klubların fəaliyyətini, internet, sosial şəbəkə, İKT və yeni texnologiyaları, KİV və ictimaiyyətlə işin təşkilini, ictimai-siyasi fəaliyyəti, tarixi xronologiyanı, milli folklor mədəniyyətimizi, milli-mədəni irsimizi, gənclərin milli və vətənpərvərlik ruhunda tərbiyə olunmasını, uşaq şənliklərinin ssenarilərini, habelə musiqi-incəsənət məktəbləri üçün dərslikləri əhatə edir.

M.MÜKƏRRƏMOĞLU,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında