Parisdə görkəmli rəssam Adil Rüstəmovun sərgisi açılıb

Azərbaycanın Fransadakı səfirliyinin təşkil etdiyi tədbirdə fransalı qonaqlar, Azərbaycan diasporunun nümayəndələri və digər şəxslər iştirak ediblər. Tədbirdə Azərbaycanın Əməkdar rəssamı Adil Rüstəmovun sərgisinin açılışı olub. Bu barədə "Report" məlumat yayıb.
Müxtəlif illərdə fərdi sərgiləri keçirilmiş, müxtəlif mükafatlara layiq görülmüş, Rəssamlıq Akademiyasında müəllim kimi fəaliyyət göstərmiş bu görkəmli rəssamın əsərlərindəki mövzu və üslub rəngarəngliyi qonaqların böyük marağına səbəb olub. Mərhumun qızı İlahə Rüstəmova bu rəngarəngliyi atasının iki müxtəlif ölkədə yaşaması ilə izah edib.
O, bildirib ki, Fransanın Normandiya regionunda məskunlaşdıqdan sonra rəssamın bu vilayətin əsrarəngiz təbiətindən, özünəməxsus mühitindən ruhlanaraq yaratdıqları Azərbaycanda ərsəyə gətirdiyi əsərlərindən fərqlənir və, Adil Rüstəmovun yaradıcılığını daha zəngin və rəngarəng edir. Deyib ki, atası emosional insan olduğu üçün, həyatında yaşadığı istər çətin anlar, istərsə də fərəhli günlər onun yaradıcılığında iz buraxıb. İlhamə Rüstəmova rəngarəngliyi, həmçinin onun daim axtarışda olması ilə də izah edib. O, Adil Rüstəmovun Fransada yaşamasından asılı olmayaraq, doğma Vətəninə, öz kökünə hər zaman bağlı olduğunu bildirib.
Məlumat üçün bildirək ki, A.Rüstəmov 1965-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirmişdir. 1973-cü ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitimişdir. 1975-ci ildə Rəssamlar İttifaqına üzv qəbul edilmişdir. Dəfələrlə ümumrespublika və beynəlxalq sərgilərdə iştirak etmiş və mükafata layiq yer tutmuşdur.
M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında