Azərbaycan Əl-Küveyt şəhərində öz işinə başlamış Beynəlxalq turizm sərgisində xüsusi ekspozisiya ilə iştirak edir

Prezident İlham Əliyev tərəfindən 2011-ci ilin ölkəmizdə "Turizm ili" elan olunması ilə əlaqədar həyata keçirilən tədbirlər çərçivəsində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi martın 29-da Əl-Küveyt şəhərində öz işinə başlamış Beynəlxalq turizm sərgisində xüsusi ekspozisiya ilə iştirak edir.
Azərbaycanın Küveytdəki səfirliyindən bildirmişlər ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən nümayiş etdirilən Azərbaycan guşəsində ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti, füsunkar təbiəti, adət-ənənələri və etnoqrafiyası, sürətlə inkişaf edən iqtisadiyyatı, böyük turizm potensialı barədə ətraflı məlumatlar, fotoşəkillər və videofilm, həmçinin mətbu məhsullar və digər eksponatlar vasitəsilə ictimaiyyətin diqqətinə təqdim olunmuşdur.
Martın 29-da Azərbaycan pavilyonunu Küveyt ticarət və sənaye nazirinin müavini Əbdüləziz Əl-Xalidi ziyarət etmişdir.
Fəxri qonağa Azərbaycan haqqında ətraflı məlumat verən səfir Tural Rzayev sürətlə inkişaf edən ölkəmizin qədim tarixi və bu günü barədə söhbət açmışdır. Nazir müavini bu sərginin Azərbaycan kimi gözəl bir ölkənin zəngin turizm potensialı haqqında ətraflı məlumatın əldə edilməsi üçün bir vəsilə olduğunu vurğulamışdır.
Beynəlxalq turizm sərgisində nümayiş etdirilən Azərbaycan guşəsi tamaşaçıların böyük marağına səbəb olmuşdur.
Sərgi dörd gün davam edəcəkdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında