“Mədəniyyətlərin müxtəlifliyi şəraitində dialoq fəlsəfəsi” konfransı işə başlayıb

İyunun 4-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunan “Mədəniyyətlərin müxtəlifliyi şəraitində dialoq fəlsəfəsi” mövzusunda IV beynəlxalq elmi konfrans işə başlayıb. Tədbir Heydər Əliyev Fondu və AMEA-nın Fəlsəfə İnstitutunun birgə təşkilatçılığı ilə baş tutub.

Konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək, dünya şöhrətli siyasi xadim, ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə güllər qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb.

www.science.gov.az saytı yazır ki, tədbiri giriş sözü ilə Fəlsəfə İnstitutunun direktoru, professor İlham Məmmədzadə açıb. O, ənənəvi olaraq keçirilən konfransın ilk dəfə 10 il öncə Moskvada ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunduğunu bildirib. Daha sonra çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli ümummilli lider Heydər Əliyevin multikulturalizm və tolerantlıq ideologiyasının öyrənilməsi və təbliği baxımından beynəlxalq konfransın Azərbaycanda keçirilməsinin əhəmiyyətini qeyd edib.  Ulu öndər Heydər Əliyevin Rusiya-Azərbaycan münasibətlərinin yüksək səviyyədə inkişafı üçün atdığı addımlardan danışan alim dahi liderin azərbaycançılıq məfkurəsinin fəlsəfi, siyasi mənasının olduqca dərin olduğunu vurğulayıb.

Sonra Rusiya Elmlər Аkademiyası Fəlsəfə İnstitutunun direktoru, akademik Əbdülsalam Hüseynov, Rusiya Fəlsəfə Cəmiyyətinin vitse-prezidenti, professor Aleksandr Çumakov çıxış edərək mədəniyyətlərin dialoqunda fəlsəfənin xüsusi rolunu vurğulayıblar. Bildirilib ki, mədəniyyətlərin dialoq rejimində qarşılıqlı təsirinin özü müəyyən mənada fəlsəfi məsələdir. Fəlsəfə özünün universal prinsipləri sayəsində mədəniyyətlərarası dialoq üçün intellektual zəmin yaradır.

Tədbirdə “Qlobal dünyanın dəyər və etik tərkibi”, “Mədəniyyətlərarası dialoq: fəlsəfi ənənələr və müasirlik”, “Mədəniyyət fenomeni”, “XXI əsrin etnomilli və dini tarixi ümumvəhdət fəlsəfəsi işığında”, “Qloballaşan dünyada fəlsəfə zəkası”, “Azərbaycan-Rusiya: koevalüsyon refleksiv-aktiv mühitin formalaşması imkanları”, “Mədəniyyətlərin dialoqunun  mədəniyyəti” və “Fəlsəfə tarixinin fəlsəfəsi” mövzularında məruzələr dinlənilib, müzakirələr aparılıb.

Ənənəvi “Əliyev qiraətləri” çərçivəsində təşkil olunan konfrans iyunun 5-də Fəlsəfə İnstitutunda işini davam etdirəcək. 

                                                            Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

                                          


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında