Milli Azərbaycan Tarixi Muzeyində mühafizə olunan fotoşəkillər

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli Mənbələr Fondunda Azərbaycan Xalq Cümhuriyyəti xadimlərinin, mühacirlərin XX əsrin birinci yarısına aid fotoşəkilləri mühafizə olunur. Həmin fotoşəkilləri muzeyə Türkiyənin Anadolu Universitetinin professoru Zaur Məhərrəm hədiyyə edib.

www.science.gov.az saytı yazır ki, təsvirlərin əksəriyyətində qürbətdə ömür sürən siyasi mühacirlər əks olunub. Onların arasında “Müsavat” partiyasının təsisçiləri və fəalları, Cümhuriyyət xadimləri Məhəmməd Əmin Rəsulzadə, Abbasqulu Kazımzadə, Mirzəbala Məmmədzadə, Xosrov bəy Sultanov, Ceyhun bəy Hacıbəyli və başqalarının Polşa, Almaniya, Fransada çəkilmiş fotoşəkilləri var.

Görkəmli ictimai xadim, ədib Əli bəy Hüseynzadənin fotoşəkli XX əsrin əvvəllərində Bakıda çəkilib. AXC parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun Krımın tanınmış ictimai xadimi, “Tərcüman” qəzetinin təsisçisi və redaktoru İsmayıl bəy Qaspralı ilə Orenburqda çəkilmiş fotoşəkli də həmin dövrə aiddir. Məşhur sahibkar və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Əli bəy Hüseynzadəyə xatirə olaraq verdiyi, şəxsən imza qoyduğu fotoşəkli 1910-cu ildə Bakıda çəkilib. Bu fotoşəkillər Cümhuriyyət və mühacirət dövrünün tarixini araşdıran tədqiqatçılar üçün böyük əhəmiyyət daşıyır.

 

                                                                          Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında