Kavli mükafatının sahiblərinin adları açıqlanıb

Norveç Elmlər Akademiyası astrofizika, nanotexnologiyalar və nevrologiya sahələrindəki mühüm nailiyyətlərə görə təqdim olunan Kavli mükafatının sahiblərinin adlarını açıqlayıb. runews24.ru saytı xəbər verir ki, astronomiya sahəsində Kavli mükafatına ulduzlararası məkanında kimyəvi və fiziki proseslərin araşdırılması işinə görə Hollandiyadan Evine van Disxuk layiq görülüb.

Nanotexnologiyalar sahəsində sözügedən mükafat DNT CRISPR/Cas9 redaktə metodikasının işlənməsinə görə Emmanuel Şarpantye, Cenifer Dudna və Virqinius Şikşinsin daxil olduğu beynəlxalq alimlər komandasına təqdim olunacaq. Nevrologiya sahəsində isə  bu mükafata eşitmənin molekulyar və neyron mexanizmlərinin ixtirasına görə Ceyms Hadspet, Robert Fettipleys və Kristin Peti layiq görülüblər.

Qeyd edək ki, iki ildən bir verilən Kavli mükafatı 2007-ci ildə norveçli xeyriyyəçi Fred Kavli tərəfindən təsis edilib. Mükafatlandırma mərasimi ənənəvi olaraq sentyabrda Osloda keçirilir. Qaliblərə medal və bir milyon dollar məbləğində pul mükafatı təqdim edilir.

 

 

                                                                                 Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında